logo

Müştəri əməliyyatları üzrə operator

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16746
  • Elanın yerləşdirmə tarixi: 14.04.2026
  • Elanın bitmə tarixi: 14.05.2026

Namizədə tələblər

Hard Skills:

  • Daxili sistem və proqram təminatını bilmək – müraciətlərin qeydiyyatı, müştəri məlumatlarının idarəsi üçün CRM və ya müvafiq daxili proqramlarda işləmə bacarığı;
  • Müştəri sorğularını qeydiyyata alma və idarə etmə bacarığı – sorğuları düzgün kateqoriyalara ayırmaq, prioritetləşdirmək və izləmək;
  • Şirkət xidmətləri və prosedurlarını bilmək – məhsullar, xidmətlər, tariflər və qaydalar barədə dəqiq və dolğun məlumat vermək;
  • Məxfi məlumatların qorunması – şəxsi və şirkət məlumatlarını təhlükəsiz və düzgün saxlamaq;
  • Əlaqə vasitələrindən istifadə bacarığı – e-poçt, chat, CRM, daxili müraciət formaları və digər kanallardan effektiv istifadə;
  • Problem həll etmə və qərar qəbul etmə bacarığı – müraciətlərin həlli zamanı prosedurlar çərçivəsində operativ və düzgün qərar vermək;
  • İş təcrübəsi - Müvafiq sahədə arzuolunandır;
  • Təhsil - Ali;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; Rus dili – səlis; İngilis dili – orta.

 

Soft Skills:

  • Ünsiyyət və dinləmə bacarığı – müştəri ilə dostyana, aydın və hörmətli ünsiyyət qurmaq, şikayəti tam dinləmək;
  • Empatiya – müştərinin narazılığını və ehtiyacını başa düşmək, münasibətini nəzərə almaq;
  • Təşkilatçılıq və zaman idarəsi – müraciətləri vaxtında həll etmək və geri dönüşləri planlı şəkildə aparmaq;
  • Komanda işi – komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək və qarşılıqlı dəstək göstərmək;
  • Streslə işləmək bacarığı – tələbatlı müştərilərlə və çox müraciətlərlə sakit və nəzakətli işləyə bilmək;
  • Diqqət və dəqiqlik – müraciətlərin, şikayətlərin və məlumatların düzgün qeydiyyatını təmin etmək.
İş haqqında məlumat

Departament: Kommersiya/ Müştərilərlə əlaqələr şöbəsi/ Müştəri əməliyyatları və xidmətləri bölməsi.

 

Vəzifə öhdəlikləri:

  • Ön masaya gələn müştəri müraciətlərini qəbul etmək və daxili sistemdə düzgün qeydiyyata almaq;
  • Müştərilərin sorğularını operativ şəkildə cavablandırmaq və lazımi məlumatları təqdim etmək;
  • Qeydiyyata alınmış müraciətlərin vaxtında həll olunmasını təmin etmək və zərurət yarandıqda geri dönüş etmək;
  • Müştəri müraciətlərinin səbəblərini və şikayətləri sistemdə dəqiq və tam şəkildə qeyd etmək;
  • Şirkətin xidmətləri və prosedurları barədə müştərilərə ətraflı məlumat vermək;
  • Müştərilərlə yüksək keyfiyyətli və dostyana ünsiyyət qurmaq;
  • Şirkətin daxili qayda və prosedurlarına riayət etmək;
  • Komanda üzvləri ilə əməkdaşlıq etmək və qarşılıqlı dəstək göstərmək;
  • Məxfi məlumatların qorunmasını təmin etmək və yalnız xidməti məqsədlər üçün istifadə etmək.

 

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: