logo

Mühəndis-mexanik

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Sumqayıt
  • Ünvan: H.Z.Tağıyev
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11098
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 03.03.2025
  • Elanın bitmə tarixi: 02.04.2025

Namizədə tələblər

  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Ali təhsil;
  • AutoCad proqramında sərbəst işləmək bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.
İş haqqında məlumat

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

 

Hansı işləri görəcəksiniz?

  • Texniki çizgilərin oxunması və çəkilməsi bacarığına sahib olması;
  • Texniki və sənədlər toplusunun hazırlanması;
  • Yağlanma prosedurlarını və yağların seçilmə spesifikasiyaları ilə işləmə təcrübəsinin olması;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təyin və təşkil edilməsi;
  • Avadanlıqların pasportunda qeyd olunan planlı təmir qrafikinə əsasən istehsal xətlərinin və avadanlıqların təmirinə hazırlıq işləri görmək, təmirə lazım olan mal-materialların anbardan alınmasını təşkil etmək,  eyni zamanda anbarda olmayan materialların sifarişinin vaxtında açılmasın təmin etmək;
  • Tabeliyində olan təmirçi-çilingərlərlə təmir işlərini aparıb, sonunda icra tərtib edib xətti və ya avadanlığı istismara təhvil vermək;
  • Təmirçi çilingərlərin nizam-intizam və texniki təhlükəsizlik qaydalarına riayət edilməsənin nəzarətini aparmaq;
  • Kompressorlar və soyutma sistemləri (Çiller) barədə məlumata sahib olması;
  • Müxtəlif növ nasosların (su və vakuum) təmirində praktiki təcrübəyə sahib olması;
  • Pnevmatik və hidravlik sistemlər üzrə praktiki təcrübənin olması;
  • Ölçü alətlərindən istifadə bacarığı (ştangerpərgar, mikrometr) ;
  • Reduktorların təmirində və baxımında praktiki təcrübənin olması;
  • Boru armaturları barədə məlumata sahib olması;
  • İstilik və soyuqluq keçiricilərinin təmiri və təmizlənməsində praktiki təcrübənin olması.

 

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

 

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-mexanik” yazaraq [email protected] mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: