- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: 1200 - 1500 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15793
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 10.12.2025
- Elanın bitmə tarixi: 09.01.2026
Namizədə tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
- Mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (otel və ya xidmət sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Mühasibat Uçotu Qanunu üzrə biliklər;
- MS Office proqramları xüsusilə, Excel üzrə qabaqcıl istifadə biliyi və 1C proqram biliyi;
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına elektron hesabatların təqdim edilməsi üzrə praktiki bacarıq;
- ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi hesablamaları üzrə praktiki biliklər;
- Bank əməliyyatları, kassa əməliyyatları və ödəniş tapşırıqları üzrə təcrübə;
- Debitor və kreditor borcların uçotunda təcrübə;
- Əmək haqqı hesablamaları və kadr uçotu üzrə biliklər;
- Peşəkar mühasib sertifikatı üstünlükdür;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı.
İş haqqında məlumat
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi və digər vergi hesablamalarının düzgün aparılması;
- Bank köçürmələrinin icrası və ödəniş tapşırıqlarının hazırlanması;
- Aysonu və ilsonu bağlanışların hazırlanması;
- Büdcə icrasına nəzarət və maliyyə analizlərinin hazırlanması;
- Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim olunması;
- Hesab-fakturaların, qaimələrin, aktların və müqavilələrin uçotu və arxivləşdirilməsi;
- Debitor və kreditor borclarına nəzarət və mütəmadi uzlaşdırmaların aparılması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: 1200-1500 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
New Look Consultancy
Kiçik mühasib
Maaş: Müsahibə əsasında
11.12.2025
Bakı
25
GROW Audit and Consulting
Mühasib vəzifəsi üzrə təcrübə proqramı
Maaş: Müsahibə əsasında
10.12.2025
Bakı
27
Tarsa Kompozit Boya Makina MMC
Mühasib
Maaş: 800 - 1000 AZN
09.12.2025
Bakı
29
B
Business Accounting
Mühasib
Maaş: 700 - 1000 AZN
08.12.2025
Bakı
41
Super Toys
Aparıcı Mühasib
Maaş: 1500 AZN
03.12.2025
Bakı
61
Caspian Event Organisers
Baş Mühasib
Maaş: Müsahibə əsasında
03.12.2025
Bakı
57