logo

Aparıcı Mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: ‘’SuperToys MMC’’ Sədərək TM
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1500 AZN
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15699
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 03.12.2025
  • Elanın bitmə tarixi: 02.01.2026

Namizədə tələblər

  • Mühasibatlıq və əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;
  • Pərakəndə satış (retail) sahəsində təcrübə üstünlükdür;
  • ERP proqramlarında işləmə bacarığı;
  • Microsoft Office proqramlarını — xüsusilə Excel — yaxşı səviyyədə bilmək;
  • Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa hesabatı) orta səviyyədə bilik və praktiki bacarıq;
  • Real mühasibat uçotu üzrə biliklərinin kifayət qədər olması və inkişaf etdirməyə açıq olmaq;
  • Öz üzərində daimi işləmək, yeni bilik və bacarıqları qavramaqda aktiv yanaşma;
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik;
  • Problem həll etmə və qərarvermə bacarığı.
İş haqqında məlumat
  • Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
  • Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və uyğunlaşdırılmasını təmin etmək;
  • Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və çıxarışlarla düzgün uzlaşdırmanı aparmaq;
  • Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
  • Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;
  • Mənfəət və zərər (P&L), Balans hesabatı ,Pul vəsaiti hesabatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək.

 

İş şəraiti:

  • İş yeri: ‘’SuperToys MMC’’ Sədərək TM;
  • Əmək haqqı: 1500 AZN.

 

Komandamızda olmaq istəyən namizədlər “ CV ”-lərini mövzu hissəsində vəzifə adını “Aparıcı Mühasib“ qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: