S

Mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15096
  • E-poçt: hr.mat.hq@safepoint.az
  • Elanın yerləşdirmə tarixi: 14.10.2025
  • Elanın bitmə tarixi: 13.11.2025

Namizədə tələblər

  • Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası üzrə);
  • Kompüter bacarıqları: MS Word, MS Excel proqramlarında sərbəst işləmək, elektron portallardan istifadə bacarığı;
  • Vergi Məcəlləsi və Milli Mühasibat Uçotu Standartlarının əsas qaydaları üzrə məlumatlı olmaq;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Komandada işləmək bacarığı.
İş haqqında məlumat
  • E-qaimələrin tərtib edilməsi və qarşı tərəfə göndərilməsi;
  • İnternet bank vasitəsilə ölkədaxili və xarici ödənişlərin həyata keçirilməsi;
  • Bank çıxarışlarının və depozit hesabı üzrə əməliyyatların işlənməsi;
  • Kreditor və debitor öhdəliklərinin, material ehtiyatlarının, pul vəsaitlərinin, dövriyyələrin və xərclərin, göstərilən xidmətlərin və ümumilikdə maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması;
  • Lazım gəldikdə müştərilərlə üzləşmələrin həyata keçirilməsi;
  • Elektron portallarda işləmək bacarığı (e-taxes, statistika və s.);
  • Əmək haqqının hesablanması və işçilərin işə götürülməsi ilə bağlı əməliyyatların aparılması;
  • Mal-material ehtiyatlarının uçotunun aparılması və müvafiq sənədləşmələrin hazırlanması;
  • Alğı-satqı müqavilələrinin və həmin müqavilələrə dair əlavə sənədlərin (təhvil-təslim aktı, qiymət razılaşma protokolu və s.) hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

 

İş şəraiti:

  • İş rejimi: 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00 – 18:00;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

 

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: