logo

Mexanika və elektrik üzrə rəhbər

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10695
  • Elanın yerləşdirmə tarixi: 20.02.2025
  • Elanın bitmə tarixi: 22.03.2025

Namizədə tələblər

  • Mexanika və ya Elektrik sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə sifarişçi olaraq azı 4 il işləməklə minimum 8 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, PUE, BS, ASHRAE, SMACNA, NFPA;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD.
İş haqqında məlumat
  • Mexanika və elektrik sistemləri üzrə tapşırıqları komanda daxilində həvalə etmək və işlərin icrası üçün son tarixlər təyin etmək;
  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə Mexanika və elektrik sistemlərin uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələrin və layihə üzrə bütün texniki sənədlərin yoxlanılması, təhlili və ümumiləşdirilməsi istiqamətində rəhbərliklə həftəlik iclasların təşkil olunmasını həyata keçirtmək;
  • Layihə üzrə Mexanika və elektrik sistemlərinin digər dissiplinlər üzrə uyğunluğunu təmin etmək üçün komanda daxili digər dissiplin mühəndisləri ilə kordinasiyanı təşkil etmək;
  • Layihələndirmə Mexanika və elektrik sistemlərin məlumatlarının, Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Layihə üzrə “Azərsu”, “Azəriqaz”, “Azərişıq” və “Azərenerji” qrumları ilə rəsmi görüşlərin həyata keçirtmək və texniki şərtlərin alınmasını təmin etmək.

 

Layihələndrimə prosesinə daxil olan aşağıdakı tərəflərlə yaxın əməkdaşlıq etmək:

  • Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
  • Maraqlı tərəflərlə;
  • Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
  • Məsləhətçilər və eləcə də layihələndirmə prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
  • Layihələndirmə müddətlərinin Mexanika və elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin Mexanika və elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
  • Tamamlanmış Mexanika və elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini təmin etmək;
  • Mexanika və elektrik sistemləri üçün tələb olunan icazələrin (texniki şərt və s.) alınması məqsədi ilə hesabatların hazırlanılmasını təmin etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində Mexanika və elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Mexanika və elektrik sistemləri üzrə layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: