F

Texniki ofis mühəndisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: 2500 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10739
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 21.02.2025
  • Elanın bitmə tarixi: 23.03.2025

Namizədə tələblər

  • İnşaat mühəndisliyi sahəsində bakalavr təhsili olmalı;
  • Sahəsi üzrə ən azı 3 il təcrübəyə malik olmalı;
  • Azərbaycan və rus yaxşı səviyyədə bilməli (İngilis dili arzuolunandır)
  • Auto CAD, MS Project, MS Office proqramlarını bilməli.
İş haqqında məlumat
  • Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat);
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Hazırlanmış smetaya Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq hesabatın hazırlanıb lahiyə rəhbərinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  • İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, layihə snədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinin müəyyən edilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Layihəyə dair aylıq texniki hesabatların, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.

 

Əmək haqqı: 2500 azn (Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq).

 

Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində «Texniki ofis mühəndisi» qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərməlidir.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: