logo

Məlumatların daxil edilməsi üzrə administrator

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7693
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 26.08.2024
  • Elanın bitmə tarixi: 25.09.2024
Namizədə tələblər
  • Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir) 

 

Təcrübə:

  • Ən az 1 il iş təcrübəsi  
  • Operator kimi və ya Məlumatların Daxil Edilməsi sahəsində təcrübəyə üstünlük verilir.   

 

Professional biliklər:

  • MS Office Programları

 

Professional bacarıqlar və kompetensiyalar: 

  • Detal və nəticə yönümlü 
  • Analitik bacarıqlar 
  • Komanda işi 
İş haqqında məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

 

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

 

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu sifarişi edilmiş məhsullar haqda məlumatları bazaya daxil etməkdən ibarətdir.

 

Vəzifə öhdəlikləri:

  • Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və cədvəldə qeydiyyatını aparır.
  • Sifariş edilən məhsulların büdcəyə uyğunluğunu yoxlayır.
  • Təsdiqlənmiş Qiymət əmsalını (MarkUp) sifariş məhsullarına tətbiq edir.
  • İdxal olunan məhsullar barədə məlumatları partnyordan alır və ödəniş üçün maliyyə departamentinə sorğu edir.
  • Məhsulların daşınmasının təşkili üçün müvafiq məlumatları  partnyora və logistika şöbəsinə təqdim edir.
  • Məhsullara dair invoys sənədlərini əldə edir və məlumatların sistemə daxil edilməsini təmin edir.
  • Məhsulların qəbulu zamanı aşkar olunan çatışmazlıqların və qüsurların kompensasiyasını təmin edir.
  • İdxal olunan məhsulların  və ödənişlərin üzləşməsini aparır və balansı təmin edir. 

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumatların daxil edilməsi üzrə administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: