- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 7948
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 18.09.2024
- Elanın bitmə tarixi: 18.10.2024
Namizədə tələblər
- Ali təhsil ( Kimya,Qida mühəndisliyi,Mexanika,Avtomatika və.s );
- Qidaya dair HACCP və ya İSO 22000 sertifikatının olunması arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı.
Təcrübə:
- İstehsal,laboratoriya keyfiyyətə nəzarət sahəsində 3 il iş təcrübəsi.
Professional biliklər:
- Keyfiyyət sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları.
- Kollektivdə işləmə bacarığı.
- Stressə davamlılıq.
- Məsuliyyət.
İş haqqında məlumat
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna daxil olan FBCO şirkətinə hal hazırda Keyfiyyətə nəzarət mütəxəssisi tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu istehsal olunan bütün növ məhsulların keyfiyyət standartlarına cavab verməsinə nəzarət etmək.
Vəzifə öhdəlikləri:
- İstehsalatda HACCP tatbid edir.
- Xammalın qəbulu zamanı xammal qəbulu proseduruna uyğun xammal və qablaşdırma məhsullarının qəbulunu təmin etmək.
- Personal və istehsal sahəsində günlük sanitar audit keçirib nəticələri barədə İstehsalat rəhbərinə hesabat vermək.
- İstehsal olunan məhsulların keyfiyyət və prosses göstəricilərini daim nəzarətdə saxlamaq.
- Hər bir məhsulun təyin olunmuş keyfiyyət göstəricilərindən kənarlaşması halında prossesdən kənarlaşdırıb rəhbərliyə məlumat vermək.
- Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək;
- Xammal, yarımməhsul, hazır məhsul və laboratoriya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək;
- İstehsal mərhələlərini əhatə edən hesabatlılıq formasını yaratmaq və daimi işlək vəziyyətə saxlanılmasını təmin etmək;
- İstehsalat prossesində müəyyən olunmuş Kritik Nəzarət Nöqtələrinin təyini və təyin olunmuş nöqtələrə limitlərin təyini və izlənilməsini həyata keçirmək.
- İstehsal olunan məhsul və ya qəbul edilən xammalların mütəmadi kənar laboratoriyalarda fiziki-kimyəvi və mikrobioloji analizlərin aparılmasını təmin etmək.
- İstehsalat sahəsi və istehsal olunan məhsulların Dövlət qida təhlükəsizliyi haqda qanunun tələblərinə uyğun bütün növ sənədlərin hazırlanması.
- İstehsalata personalına mütəmadi olaraq qida təhlükəsizliyi və sanitar- gigyena qaydalarına dair təlimlərin verilməsini həyata keçirmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət mütəxəssisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.