logo

Mal-material üzrə mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12435
  • E-poçt: hr@almep.az
  • Elanın yerləşdirmə tarixi: 14.04.2025
  • Elanın bitmə tarixi: 14.05.2025

Namizədə tələblər

  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
  • Microsoft Excel, Microsoft Word, 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı
  • Azərbaycan dili biliyi (Rus dili biliyi üstünlükdür);
  • Komanda ilə işləmə bacarığı;
  • Gərgin iş tempinə uyğunlaşa bilən;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
İş haqqında məlumat
  • Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
  • 1C proqramında “Anbar” bölümünə aid bütün işlərin gündəlik yerinə yetirilməsi (yerdəyişmələr, inventarların uçotu, malların silinməsi, əsas vəsaitin uçotu, maya dəyərinin hesablanması və s.);
  • Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
  • Smetalarla işləmək, Forma 2`lərin tərtibində yaxından köməklik etmək, smeta (BOQ) üzrə materialların həcmindən nəzərdə tutulandan artıq və ya əskik istifadəsinə nəzarət və kənarlaşmaların aktlaşdırılması;
  • Layihələr üzrə daxili anbar hesabatlarının verilməsi (aylıq, illik);
  • Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
  • Lazım gəldikdə şirkətin rayonda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
  • Baş mühasibin verdiyi tapşırıqları yerinə yetirmək.

 

İş şərtləri: 

  • 6 günlük iş rejimi, bazar günü istirahət;
  • İş qrafki: saat 09:00-dan 17:00-na kimi (Şənbə: 09:00 – 15:00);
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək;
  • Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.

 

Tələblərə cavab verən namizədlərin CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Mal-material üzrə mühasib" başlığı yazmaqla göndərməkləri xahiş olunur.

 

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: