logo

Maliyyə Nəzarəti üzrə aparıcı mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Sumqayıt
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 16284
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 30.01.2026
  • Elanın bitmə tarixi: 01.03.2026

Namizədə tələblər

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil;
  • Maliyyə nəzarəti, Büdcə, Hesabatlılıq, Xərc nəzarəti və ya Audit sahəsində minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri - Azərbaycan (əla), rus dili (orta), ingilis dili (orta);
  • ERP sistemləri ilə praktiki iş təcrübəsi;
  • MS Excel üzrə yüksək səviyyədə bilik (pivot, power query, advanced formulas);
  • Maliyyə hesabatlarını oxumaq, təhlil etmək və menecment üçün sadələşdirilmiş formada təqdim etmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və riskləri öncədən dəyərləndirmə qabiliyyəti;
  • Güclü ünsiyyət və biznes bölmələri ilə effektiv əməkdaşlıq bacarığı;
  • ACCA, CIMA, CPA kimi beynəlxalq sertifikatlar üstünlükdür;
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Yüksək etik davranış və məxfilik prinsiplərinə sadiqlik;
  • Prioritetləri düzgün müəyyən etmə bacarığı;
  • Proaktivlik və proseslərin təkmilləşdirilməsinə təşəbbüs göstərmək istəyi.
İş haqqında məlumat
  • Şirkətin bütün xərc və alış əməliyyatları üzrə təsdiq prosesi və sonradan maliyyə nəzarəti mexanizmlərinin icrası;
  • Büdcədən kənar və ya riskli əməliyyatların müəyyən edilməsi, eskalasiyası və düzəliş tədbirlərinin təklif edilməsi;
  • Büdcə və faktiki xərclər üzrə kənarlaşmaların səbəblərinin təhlili və nəzarəti;
  • Qeyri-standart, yüksək məbləğli və riskli əməliyyatlar üzrə əlavə maliyyə nəzarətinin həyata keçirilməsi;
  • Xərclər üzrə analitik hesabatların, dashboard-ların və idarəetmə üçün icmal məlumatların hazırlanması;
  • Daxili nəzarət mexanizmlərinə və maliyyə prosedurlarına (daxili nəzarət qaydaları, təsdiq səlahiyyətləri matrisi) riayət olunmasına nəzarət edilməsi;
  • Satınalma, Mühasibatlıq, Büdcələmə və digər biznes bölmələri ilə sıx əməkdaşlıq;
  • ERP sistemlərində maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət;
  • Audit tapıntılarının aradan qaldırılması üzrə tədbirlərin izlənməsi;
  • Maliyyə risklərinin və səmərəsiz xərclərin azaldılması üzrə təkliflərin hazırlanması;
  • Maliyyə nəzarəti nəticələri üzrə rəhbərliyə analitik rəy və icmal hesabatların təqdim edilməsi.

 

Əsas vəzifə məqsədi:

  • Şirkətdə maliyyə intizamının, büdcə nəzarətinin və xərclərin effektiv idarə olunmasının təmin edilməsi, maliyyə risklərinin vaxtında aşkarlanması və rəhbərliyə analitik qərar dəstəyi göstərilməsi.

 

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00.

 

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)

 

İş yeri: Sumqayıt şəhəri

 

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə;
  • Könüllü tibbi sığorta;
  • Servis ilə təmin edilmə;
  • Korporativ nömrə və danışıq limiti;
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
  • Qərarvermə proseslərində real iştirak.

 

Tələblərə cavab verən namizədlər öz CV-lərini Maliyyə Nəzarəti üzrə aparıcı mütəxəssis başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: