- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: Babək prospekti 74
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 16292
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 02.02.2026
- Elanın bitmə tarixi: 04.03.2026
Namizədə tələblər
- Ali təhsil: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahədə ali təhsil ACCA və ya analoji sertifikatlar üstünlükdür;
- Təcrübə: Maliyyə mühasibatlıq sahəsində ən azı 3 il təcrübə;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.
İş haqqında məlumat
- Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə planlarının və strategiyasının hazırlanması və icrasında iştirak;
- Şirkətin maliyyə büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və pul vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.
- Büdcə, maliyyə planlama və proqnozlaşdırma (forecast) proseslərinin idarə olunması;
- Banklarla maliyyə münasibətlərinin, maliyyə öhdəliklərinin və ödəniş cədvəllərinin idarə olunması;
- ERP üzərindən İFRS standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması (P&L, Balance Sheet, Cash Flow);
- Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflərin verilməsi;
- Şirkətin maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin etmək;
- Gəlir və xərclərin struktur analizini aparmaq və optimallaşdırma təklifləri vermək;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) təşkilinə nəzaarət etmək.
Hüquq və səlahiyyətləri:
- Normal iş şəraiti ilə təmin olunmaq;
- Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
- Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
- Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
- Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.
İş şəraiti
- 5 günlük iş qrafiki
- İş yeri: Babək prospekti 74
- Korporativ nömrə
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Azdizayn Group
Maliyyə meneceri
Maaş: Müsahibə əsasında
02.02.2026
Bakı
13
Prior Leasing
Lizinq üzrə mütəxəssis
Maaş: 800 AZN
02.02.2026
Bakı
13
Azerbaijan SuperMarket
Junior Treasury Accountant
Maaş: Müsahibə əsasında
30.01.2026
Bakı
51
ATS Food
Maliyyə Nəzarəti üzrə aparıcı mütəxəssis
Maaş: Müsahibə əsasında
30.01.2026
Sumqayıt
39
M
Maybo
1C Operator
Maaş: Müsahibə əsasında
19.01.2026
Bakı
98
AZZA Cake House
Sayım üzrə operator (Xırdalan)
Maaş: 500 - 700 AZN
17.01.2026
Xırdalan
96