Baş mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16438
- Elanın yerləşdirmə tarixi: 19.02.2026
- Elanın bitmə tarixi: 21.03.2026
Namizədə tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili (səlis), İngilis və Rus dilləri (yaxşı);
- Microsoft Office, digər audit və statistik proqramlar üzrə biliklər;
- Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə;
- Risk əsaslı yanaşma, 1C ERP;
- Maliyyə Hesabatları üzrə biliklər;
- Ezamiyyətlərə getməyə hazır olmalı;
- Müxtəlif peşə kvalifikasiyalarına (CRMA, CIA, ACCA, və s.) malik olmaq arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil: İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə
- Müvafiq sahə üzrə təcrübə müddəti: Ən azı 3 il
- Ümumi təcrübə müddəti: Ən azı 3 il
İş haqqında məlumat
- Cəmiyyətdə risklərin idarəolunması siyasətinin tərtib edilməsində, Cəmiyyətdə risk mədəniyyətinin formalaşdırılmasını və qorunub saxlanılmasını, bu sahədə Cəmiyyətin struktur bölmələri, idarə, nümayəndəlik və filialların məlumatlılığının təmin edilməsində iştirak etmək və Sektor müdirinə təkliflər təqdim etmək;
- Şöbənin və Sektorun müvafiq qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları tərtib etmək və sektor müdirinə təqdim etmək;
- Risklərin idarəolunması üzrə güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək, bu sahənin təkmilləşdirilməsi prosesində sektor müdirinin tapşırıqlarını icra etmək;
- Cəmiyyət fəaliyyəti çərçivəsində risklərin müəyyən edilməsini, qiymətləndirilməsini, prioritetləşdirilməsini, risklərə qarşı cavab tədbirlərinin görülməsini və risklər üzrə monitorinqlərin aparılmasını, habelə bu sahədə hesabatlığı təmin etmək, nəticələri barədə hesabatlar tərtib etmək və Sektor müdirinə təqdim etmək;
- Cəmiyyətin fəaliyyətində risklərin idarəolunması üzrə mexanizmlərin və Cəmiyyətin risk iştahasının formalaşdırılmasında iştirak etmək, habelə bu sistem mexanizmlərin işləkliyini və davamlı olaraq inkişaf etdirilməsində Sektor müdirinə dəstək göstərmək;
- Aidiyyəti hesabatları hazırlamaq və sektor müdirinə təqdim etmək.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Xalq Bank
Gəncə filialının Ekvayrinq xidməti üzrə regional təmsilçisi
Maaş: Müsahibə əsasında
24.02.2026
Gəncə
25
Xalq Bank
Cənub Bölgəsinin Kredit Monitorinqi üzrə Regional Təmsilçisi
Maaş: Müsahibə əsasında
24.02.2026
Bakı
29
Xalq Bank
Sumqayıt filialının KOS üzrə müştəri təmsilçisi
Maaş: Müsahibə əsasında
24.02.2026
Sumqayıt
23
Melissa Group
1C operator
Maaş: Müsahibə əsasında
18.02.2026
Bakı
78
Baku Steel Company CJSC
Hesabatlılıq və təhlil üzrə aparıcı mütəxəssis
Maaş: Müsahibə əsasında
17.02.2026
Bakı
64
Baku Steel Company CJSC
Maliyyə departamentində Baş mütəxəssis
Maaş: Müsahibə əsasında
17.02.2026
Bakı
101