
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11222
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 06.03.2025
- Elanın bitmə tarixi: 05.04.2025
Namizədə tələblər
- Ali təhsil arzuolunandır
Təcrübə:
- Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2 il təcrübə
- Sifariş etmə təcrübəsi
- Bonus sistemi ilə işləmə təcrübəsi
Professional biliklər:
- Müştəri Xidmətləri
- Satış Texnikası
- Merçendayzinq qaydaları
- İngilis dili yaxşı səviyyədə
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış bacarıqları
- Müsahibə aparmaq bacarığı
- Təlim keçmə bacarığı
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
İş haqqında məlumat
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupuna hal hazırda Mağaza Meneceri (Emporium Jewellery) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifariş yerləşdirmək.
- Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil etmək.
- Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
- VIP satışların həyata keçirilməsi.
- Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin etmək.
- Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət etmək.
- Satış heyətinin iş qrafikini hazırlamaq və ona nəzarət etmək.
- Yeni işçilərin adaptasiyasının keçirilməsi (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları).
- Mağazanın vaxtında açılıb bağlanmasını təmin etmək.
- Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil etmək
- Mağazada olan nöqsanların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi.
- Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunmasını təmin etmək.
- Şirkət əmlakının təhlükəsizliyinin təmin edilməsi, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verilməsi.
- Mağazada malları qəbul etmək və yoxlamalarda iştirak etmək.
- Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət etmək.
- “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlərin keçirilməsi.
- Mağaza işçiləri üçün məhsul təlimi keçirilməsi.
- Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik işin aparılması.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri (Emporium Jewellery)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.