
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: 700 AZN
- İş rejimi: Növbəli
- Nahar: Bəli verilir
- Elan ID: 11256
- Elanın yerləşdirmə tarixi: 07.03.2025
- Elanın bitmə tarixi: 06.04.2025
Namizədə tələblər
- Dil biliklərinin yüksək səviyyədə olması – Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, ingilis və ya rus dili biliyi üstünlüyü.
- Sürətli və düzgün yazı bacarığı.
- Ünsiyyətcil və problemləri həll etməyə yönəliklik – müştərilərlə nəzakətli, aydın ünsiyyət qurulması və çətinlikləri tez anlayıb həll yolu tapa bilməsi.
- Analitik düşüncəyə malik olmaq – problemləri analiz edib, düzgün həll yolları təklif edə bilməsi.
- Yeni sistemləri və proqramları qısa zamanda mənimsəyə bilmək.
Tələb olunan bilik və bacarıqlar:
- Kompüter bilikləri: Microsoft Office, Word, Windows əməliyyat sistemi.
- İş qrafikinə uyğunluq: Növbəli iş rejimində işləyə bilmək (gecə növbəsi olacaq).
- Tələbə qəbulu yoxdur: Namizədin universitet və ya magistratura təhsilini tamamlamış olması vacibdir.
Üstünlük verilən namizədlər:
- Müştəri xidmətləri və support sahəsində təcrübəsi olanlar.
- Stresə davamlı və komanda ilə işləmək bacarığı olanlar.
- Namizədlər arasında bəylərə üstünlük verilir.
İş haqqında məlumat
- Müştərilərdən gələn sorğulara chat, email və telefon vasitəsilə sürətli və dəqiq cavab vermək.
- Müştəri problemlərini analiz etmək və həll yolları tapmaq.
- Şikayətləri düzgün idarə edərək lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək.
- Müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək.
- Məhsul və xidmətlərimiz haqqında dəqiq məlumat vermək.
- Proqramdakı yeniliklərlə bağlı məqalələr tərtib etmək.
İş qrafiki: Növbəli
- Birinci Növbə : 09:00-17:00
- İkinci Növbə : 11:00-18:00
- Üçüncü Növnə 15:00-11:00 ( gecə növbəsi)
- Dördüncü Növbə 18:00-02:00 (gecə növbəsi)
İş şəraiti
- İş yeri: Evdən (gecə növbəsi) və işdən (gündüz növbəsi). Gündüz növbələrində nahar şirkət tərəfindən təmin olunur
- Maaş: 700 AZN-dən başlayır
- İstirahət günü: Həftədə 1 dəfə (həftəiçi və ya həftəsonu)
İşə Qəbul Prosesi:
- Online Test: Namizədlər ilkin mərhələdə online testdə iştirak etməlidirlər. Test bizim şirkətin tələblərinə uyğun olaraq hazırlanmışdır və namizədlərin bacarıqlarını, biliklərini qiymətləndirmək məqsədi daşıyır.
- Test linki: https://app.testgorilla.com/s/39yz2k55 (Testi tamamlamaq üçün yuxarıdakı linkə keçid edin.)
- Test Nəticələri: Testi uğurla tamamlayan namizədlərlə əlaqə saxlanılacaq və növbəti mərhələyə dəvət olunacaqlar
Müsahibə: Testdən keçən namizədlərlə ətraflı müsahibə keçiriləcək. Bu mərhələdə namizədlərin peşəkar bacarıqları, təcrübəsi və şirkət mədəniyyətinə uyğunluğu qiymətləndiriləcək.
Final Qərar: Müsahibə prosesindən sonra uyğun görülən namizədlər işə qəbul ediləcək.