
- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 10988
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 28.02.2025
- Elanın bitmə tarixi: 30.03.2025
Namizədə tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- İnşaat mühəndisliyi sahəsində azı 15 il iş təcrübəsi;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Təşkilatçılıq bacarığı;
- Analitik düşüncə;
- Problemin həllinə yönəlik analiz bacarığı;
- MS Office və Autocad proqramlarında işləmə bacarığı;
- Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.
İş haqqında məlumat
- Tikinti-quraşdırma işlərinə nəzarət;
- Tikinti-quraşdırma işlərinin müddətlərinə uyğunluğa və keyfiyyətə nəzarət;
- Layihədə iştirak edən subpodratçılarla işləmək və onların işinin istiqamətləndirilməsi;
- Yoxlama işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Tikinti sahələrində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliklə planlaşdırmaq və idarə etmək;
- Tabeçiliyində olan işçi heyətinə rəhbərlik etmək və tikinti sahələrinin rəisi ilə sıx əlaqədə işləmək;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək;
- Texniki işçilərə tikinti quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
- Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmlərini həyata keçirmək;
- Daha ətraflı müsahibə zamanı məlumat veriləcək.
İş şəraiti:
- Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
- Nahar və korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük;
- İş yeri: Bakı şəhəri.
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: Yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.