logo

Layihə rəhbəri

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8722
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 11.12.2024
  • Elanın bitmə tarixi: 10.01.2025
Namizədə tələblər
  • Təhsil: Ali; 
  • İş təcrübəsi: 5 il iş təcrübəsi( istehsal tikinti layihələri üzrə);
  • Tikinti işlərində işlərin, maşın və avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə;
  • Ofis, Primavera, AutoCAD proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır);
  • PMD sənədləşmə prosesində təcrübəli.
İş haqqında məlumat
  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması.

 

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
  • İş yeri: Layihədən asılı olaraq dəyişir;
  • Korporativ nömrə verilir.

 

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: