
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11151
- Elanın yerləşdirmə tarixi: 05.03.2025
- Elanın bitmə tarixi: 04.04.2025
Namizədə tələblər
- Müvafiq sahə üzrə ali təhsil (Bakalavr-Magistr);
- Logistika sahəsində Keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı;
- Keyfiyyətə nəzarət sertifikatı üstünlükdür.
İş haqqında məlumat
- Şirkətin xidmət və proseslərinin müvafiq yerli və beynəlxalq keyfiyyət standartlarına (ISO 9001 və s.) uyğunluğunu təmin etmək;
- Keyfiyyətli idarəetmə, müştəri məmnuniyyətinin təmin edilməsi ilə bağlı təlimatları, formaları, prosedurları, çeklistlərin hazırlanmasına nəzarət;
- Keyfiyyətli idarəetmə sisteminin qurulması və tətbiqinə dair təqdimatların hazırlanmaq;
- Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- Mövcud iş proseslərini analiz etmək, çatışmazlıqları müəyyənləşdirmək və təkmilləşdirici təkliflər vermək;
- Keyfiyyət idarəetmə sistemi ilə bağlı sənədlərin hazırlanması və tətbiqinə nəzarət etmək;
- İşçi heyətinə keyfiyyət standartları və protokollarla bağlı təlimlər keçirmək;
- Şirkət daxilində mütəmadi daxili keyfiyyət yoxlamalarını keçirmək;
- Müştəri şikayətlərini və keyfiyyət problemlərini analiz etmək, əsas səbəbləri müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Rəhbərliyə aylıq və illik keyfiyyət hesabatlarını təqdim etmək;
- Müvafiq olaraq Keyfiyyətə Nəzarət prosesi üzrə prosedurların və forma təlimatın hazırlanması;
- Aidiyyəti sahələrdə planlaşdırılmış şəkildə risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması;
- Şirkət daxilində Keyfiyyət standartlarına uyğun prosedurların yerinə yetirilməsini tələb etmək və bu prosedurların icrasına birbaşa nəzarət etmək.