logo

IT üzrə mütəxəssis

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11090
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 03.03.2025
  • Elanın bitmə tarixi: 02.04.2025

Namizədə tələblər

  • Server avadanlıqları üzrə iş təcrübəsi;
  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi; 
  • Windows ƏS üzrə biliklər;
  • MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
  • LANs, WANs, şəbəkə seqmentləri, İnternet və İntranet sistemləri üzrə biliklər;
  • Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
  • Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
  • Access Control system üzrə biliklər (arzu olunandır);
  • Security Camera Systems üzrə biliklər (arzu olunandır);
  • Windows server 2012 R2 üzrə biliklər (arzu olunandır).
İş haqqında məlumat
  • Şəbəkə əlaqəsi, İnternetə çıxış, elektron poçt və s. daxil  olmaqla müəssisənin İKT infrastrukturu qurmaq və  fasiləsiz işini təmin etmək.
  • LAN, WAN sahə şəbəkələrinin idarə olunması ilə bağlı yaranan məsələlərdən agah olmaq və şəbəkələrin qurulmasını və fasiləsiz işləməsini təmin etmək. 
  • Şəbəkə printerlərinin, şəbəkədə paylaşılan qovluqların, IP telefonların, Çağrı Mərkəzi proqramının, marşrutlayıcı (router) və çeviricilərin (switch), şəbəkədə olan kamera və girişin idarə edilməsi mexanizminin və s. işləməsi təmin etmək.
  • İnternetin fasiləsiz işləməsinə və sürətinə nəzarət etmək, problem yarandığı halda aradan qaldırmaq, WAP (Wireless Access Point) avadanlıqlarının qurulmasını və şəbəkəyə uyğunlaşdırılmasını təmin etmək.
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq.
  • IP-telefoniyanın qurulmasını təmin etmək.
  • Telefon sisteminin idarə olunmasına və texniki xidmətinə yardım etmək.
  • Korporativ tətbiqlərin, daxili şirkət serverlərinin, istifadəçi iş masasının quraşdırılmasına yardım etmək.
  • Əsas nasazlıqları aradan qaldırmağa (troubleshooting), ehtiyat nüsxə (backup) və arxiv formalaşdırmağa yardım etmək.

 

İş şəraiti:

  • İş saatları: I-V günlər, 08:00-17:00
  • İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC 
  • Son müraciət tarixi: 03.06.2025

 

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. 

 

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: