logo

İşə qəbul üzrə Kiçik mütəxəssis/Mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • Ünvan: Port Baku Towers 2
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 13535
  • E-poçt: hr@ram.az
  • Elanın yerləşdirmə tarixi: 26.05.2025
  • Elanın bitmə tarixi: 25.06.2025

Namizədə tələblər

  • Ali təhsil (biznes, İR, psixologiya, sosiologiya və oxşar sahələrdə);
  • Azərbaycan dili biliyi, yüksək səviyyədə rus və ya ingilis dili biliyi;
  • İşə qəbul sahəsində 1-2 il iş təcrübəsi;
  • Ofis proqramları üzrə (MS Word, MS Excel, MS Outlook) bilik və istifadə bacarığı.
İş haqqında məlumat
  • İşə qəbul prosesini şirkətin daxili qaydalarına uyğun olaraq aparmaq;
  • İşçi tələbini icraata qəbul edərək vakansiyaya dair tələblərlə tanış olmaq, əsas meyarları dəqiqləşdirmək, ehtiyac olduqda sifarişçi ilə müzakirə etmək;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin axtarışını həyata keçirmək və namizəd profillərini təhlil etmək;
  • Vakansiya ilə bağlı iş elanı hazırlamaq və elan saytlarına yerləşdirilməsini təmin etmək;
  • Namizəd müraciətlərini dəyərləndirmək və uyğun namizədlərlə ilkin müsahibələri keçirmək;
  • Xüsusi yoxlama tələb olunan vəzifələr üçün namizədlərin test olunmasını təşkil etmək;
  • Təsdiqlənmiş namizədlərə iş təklifi göndərmək, namizədin təklifə cavabı mənfi olduqda səbəblərini dəqiqləşdirmək və namizədin tarixçəsinə qeyd etmək;
  • Təsdiqlənmiş namizədlə bağlı işə qəbul əməliyyatlarının icrasını təmin etmək;
  • Namizəd bazasını mütəmadi yeniləmək, müraciət etmiş namizədləri bazada yoxlamaq və tapılarsa əvvəlki tarixçəsini araşdırmaq, etiraz səbəblərini dəqiqləşdirmək;
  • Yeni əməkdaşa adaptasiya dövründə dəstək olmaq, mütəmadi görüşlər təşkil etmək, “onboarding” mərhələsinə nəzarət etmək.

 

Bizim şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Port Baku Towers 2;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Onlayn təlim platformasından ödənişsiz istifadə.

 

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: