
- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 13882
- E-poçt: Leman.nuriyeva@azertexnolayn.com
- Elanın yerləşdirmə tarixi: 12.06.2025
- Elanın bitmə tarixi: 12.07.2025
Namizədə tələblər
- ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər
- HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.)
- Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər
- Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək
- Analitik düşünmə və hesabatlarla işləmə bacarığı
İş haqqında məlumat
ƏMAS sisteminin idarə edilməsi:
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi
- İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi
- ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması
- Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək
İşə qəbul və işdən çıxma proseslərinin idarə edilməsi:
- Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi
- İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması
- İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi
- Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi
Məzuniyyətlərin idarə edilməsi və proqramda işlənməsi:
- İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi
- Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması
- Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi
- İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi
- Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması
- Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək
Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi:
- Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması
- Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət
- Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi
Hesabatların hazırlanması və analitika:
- ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması
- HR departamenti və rəhbərlik üçün mütəmadi analitik məlumatların təqdim edilməsi
- İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi
HR komandası və işçilərlə əlaqə:
- İşçilərin ƏMAS sistemi ilə bağlı sorğularının cavablandırılması və dəstək göstərilməsi
- HR komandası ilə əməkdaşlıq edərək digər HR proseslərində iştirak etmək
- ƏMAS sisteminin istifadəsi ilə bağlı daxili təlimlərdə iştirak və ya təşkil etmək
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İmtiyazlar: Telefon, nahar, şəhərin 3 istiqamətində servis xidməti
- İş günü: həftədə 5 gün (09:00-18:00)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar

Yapi Kredi Bank
İnsan Resurslarının İdarəedilməsi departamenti / Təçrübə proqramı
Maaş: Müsahibə əsasında
13.06.2025
Bakı
54

Zeytun Pharmaceuticals
İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
12.06.2025
Bakı
47
S
SOCAR Upstream Management International LLC
HR Operations Specialist
Maaş: Müsahibə əsasında
11.06.2025
Bakı
53

Business Service Centre LTD
HR-Təcrübəçi
Maaş: Müsahibə əsasında
10.06.2025
Bakı
68

Facility Management Group
İnsan resursları üzrə mütəxəssis/baş mütəxəssis
Maaş: Müsahibə əsasında
10.06.2025
Bakı
52
I
Improve Group
İnsan Resursları Şöbəsinin Meneceri
Maaş: 1500 - 2000 AZN
04.06.2025
Bakı
70