I

İnsan Resursları Şöbəsinin Meneceri

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: 1500 - 2000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 13795
  • E-poçt: hr@improve.az
  • Elanın yerləşdirmə tarixi: 04.06.2025
  • Elanın bitmə tarixi: 04.07.2025

Namizədə tələblər

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • İnsan Resurslarının idarə edilməsi sahəsində azı 3-5 il iş təcrübəsi.
  • İşə qəbul prosesləri və metodları üzrə yüksək bilik və təcrübə.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl səviyyədə bilməli.
  • İş fəaliyyətini mövcud qanunvericilik və daxili qaydalara uyğun təşkil etmək bacarığı.
  • Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları.
  • Məsuliyyətli, obyektiv və etibarlı yanaşma.
  • Məxfi məlumatların qorunması və etik prinsiplərə riayət.
  • Planlı və nəticəyönümlü iş yanaşması, operativlik.
  • Vaxtın idarə edilməsi və tapşırıqların effektiv şəkildə prioritetləşdirilməsi.
  • Komandada işləmə bacarığı və liderlik keyfiyyətləri.
  • Dəyişkən mühitlərə uyğunlaşma və innovativ yanaşmalar təqdim edə bilmək.
  • MS Office proqramlarında (xüsusilə Excel, Word, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, İngilis dili biliyi üstünlük sayılır.
  • Restoran və iaşə sahəsində təcrübəyə malik olmaq əlavə üstünlükdür.
İş haqqında məlumat
  • Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi.
  • İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət.
  • İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması.
  • İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi.
  • Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması.
  • İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması.
  • İş analizlərinin təşkili və həyata keçirilməsi.
  • Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi.
  • Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi.
  • İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi.
  • İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması.
  • Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi.
  • Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması.
  • Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
  • Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
  • Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması.
  • Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
  • İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
  • Karyera planlaması və inkişafı üzrə proqramların hazırlanması, əməkdaşların inkişaf yolunun müəyyən edilməsi.
  • İşçi münasibətləri və mümkün münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi.
  • Pozitiv və məhsuldar iş mühitinin yaradılması üçün təşəbbüslərin həyata keçirilməsi.
  • Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
  • DMA layihəsi ilə bağlı lazım olduğu təqdirdə təlimçilərin işə cəlb olunması, müdavinləri (təlimə gələn tələbələri) seçib təlimə götürülməsi prosesi və məzun olanları sürətli şəkildə işə düzəlməsini təmin etmək.

 

İş barədə:

  • İş rejimi: Həftə içi 6 gün.
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı: 1500-2000 AZN.

 

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “İnsan Resursları Şöbəsinin Meneceri-İR.1” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: