- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 8890
- Elanın yerləşdirmə tarixi: 17.12.2024
- Elanın bitmə tarixi: 16.01.2025
Namizədə tələblər
- Təhsil: İnsan resursları və ya əlaqədar sahə üzrə ali təhsil
- Təcrübə: Müvafiq sahədə minimum 3 il təcrübəsi
- Namizədlərin izlənilmə sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazalarını işə salma bacarığı;
- Namizəd əldə etmə vasitələri və metodları üzrə iş təcrübəsi;
- Yüksək kommunikasiya bacarıqları, effektiv danışıqlar, işgüzar əlaqələrin qurulması bacarığı;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı.
İş haqqında məlumat
- Şirkətin Daxili Prosedur və proseslərinə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi;
- Ümumi işə qəbul strategiyasını tərtib etmək və həyata keçirmək;
- Namizədlərlə üzbəüz və telefon danışıqları aparmaq;
- İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək və açıq olan vakansiyaların şirkət daxili və şirkətxarici elana hazırlanılması və yerləşdirilməsi müxtəlif kanallar vasitəsilə iş elanını yerləşdirmək;
- Məlumat bazalarından, sosial mediadan və s. istifadə etməklə namizədləri əldə etmək və işə götürmək;
- İlkin seçimlərdən keçmiş namizədlərin testlərdən və panel müsahibələrdən keçirilməsi;
- Namizədlərin CV formalarını yoxlayıb daxili korporativ mədəniyyətə uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərmək;
- Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
Namizədin işə qəbulunun rəsmiləşdirilməsi, iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi; - Şirkətin təşkilati strukturu, kadr siyasəti və məşğulluq təcrübələri ilə bağlı dövlət qanunları ilə bağlı məlumatlı olmaq;
- Çıxış müsahibələri aparılması.