- Kateqoriya: Təhsil və elm
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16208
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 22.01.2026
- Elanın bitmə tarixi: 21.02.2026
Namizədə tələblər
- Ali təhsil (İngilis dili müəllimliyi və ya tərcümə ixtisasları);
- Ümumi IELTS nəticəsi minimum 7.5 olmalıdır;
- Müvafiq proqramlar üzrə diplom və ya sertifikatın olması (TKT, TESOL,TEFL,CELTA, DELTA) üstünlükdür;
- İngilis dilinin tədrisi üzrə ən az 5 il iş təcrübəsi;
- Tədris proqramlarının hazırlanmasında iştirak və icrasına nəzarət üzrə təcrübə;
- Dərslərin monitorinqi və qiymətləndirilməsi, tədris proseslərinin və müəllim heyətinin idarə olunması üzrə mütləq təcrübə;
- Güclü kommunikasiya, analiz və təşkilatçılıq qabiliyyəti;
- Yenilikçi və təşəbbüskar yanaşma;
- Tədris texnologiyalarından istifadə bacarığı.
İş haqqında məlumat
Barattson MMC Dillər bölməsinə “İngilis dili tədrisi üzrə metodist müəllim” üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Tədris prosesinin keyfiyyətinə nəzarət və onun müasir metodlara uyğunluğunun təmin edilməsi;
- Müəllimlərin dərslərinin monitorinqi üçün meyarların formalaşdırılması və bu meyarların ehtiyaca görə əsaslandırma (yazılı) təqdim etməklə davamlı inkişafının təmin edilməsi;
- Təsdiq olunmuş meyarlar əsasında müəllimlərin dərslərinin monitorinqini aparılması;
- Monitorinq nəticələrinə dair hesabatda metodist müəllimin müəllimlə bağlı ümumi rəyi, müəllimin inkişaf etdirməli olduğu zəif tərəflər və bununla bağlı metodist müəllimin digər zəruri hesab etdiyi rəy və tövsiyyələri əhatə edilməsi;
- Metodist müəllim tərəfindən dərsin monitorinqinə dair hazırlanmış hesabatın bir nüsxəsinin müəllimə təqdim edilməsi, bu hesabata dair ətraflı məlumat verilməsi, çatışmazlıqların aradan qaldırılması üçün rəy və təkliflərin bildirilməsi;
- Monitorinq və aylıq hesabatda qeyd etdiyi təklifləri, həmçinin rəhbərliklə müzakirə nəticəsində formalaşan mövzularda müəllimlərə müvafiq olaraq fərdi və qrup şəklində təlimlər keçilməsi;
- Uzunmüddətli tədris strategiyalarının hazırlanması və tətbiqi;
- Tələbələrin göstəricilərinə nəzarət, uyğunsuzluqların analizi və aradan qaldırılması üçün konstruktiv təkliflərin hazırlanması;
- Ümumi İngilis dili, IELTS hazırlıq proqramlarının təkmilləşdirilməsinə dair təklifləri hazırlayıb rəhbərliyə və bölmə menecerə təqdim olunması;
- Dərs planlarının və proqramlarının tərtib edilməsi, davamlı inkişafı və onların icrasına nəzarət;
- Səviyyə müəyyən etmə, yarımfınal və yekun imtahan materiallarının mütəmadi yenilənməsi, “Speaking” və “writing” hissəsi üçün sualların standartlaşdırılması;
- Müəllimlərin pedaqoji fəaliyyəti, imtahanların nəticələrinin yoxlanması və müəllimlərin bilik və bacarıqları ilə bağlı tələbələrin irad və təkliflərinə ekspert kimi rəy verilməsi;
- Sınaq imtahanları bölməsinin müştəriləri tərəfindən şirkətin sınaq imtahanları ilə bağlı (sualların doğru qoyulması, cavabların doğru və ya səhv qəbul olunması və s.) problemlər yarananda ekspert kimi məsələyə dair rəy verməsi;
- Müəllimlərə yeni metodologiyaları mənimsəmələri və tətbiqi ilə bağlı təlimlərin keçirilməsi;
- Yeni cəlb olunan müəllimlərin proqramla tanış edilməsi, təlimləndirməsi və adaptasiya prosesinə nəzarət edilməsi;
- Müəllimlərin inkişafının təşviq olunması məqsədi ilə karyera pillələnməsinin təmin olunması üçün (təcrübə, monitorinq nəticəsində aldığı dərəcələr, tələbələrin göstəriciləri və mənuniyyət sorğuları və s. əsasında) titulların verilməsi prosedurunun hazırlanmasında və bu prosedurların davamlı inkişaf etdirilməsində aidiyyəti üzrə iştirak edilməsi;
- Tələbə və müəllim məmnuniyyətinin artırılmasına yönəlik layihələrin həyata keçirilməsi;
- Müəllimlərin marketinq bölməsi ilə işləməsinin və koordinasiyasının həyata keçirilməsi, İnsan Resursları nümayəndəsi ilə müəllim seçimi müsahibələrində və “demo” dərslərdə iştirak və rəy bildirilməsi.
İş şəraiti:
- İş yeri: Barattsonun filialları;
- Əmək haqqı: Razılaşma yolu;
- İş qrafiki: Həftəiçi 5 gün (10:00-19:00).
Qeyd: Əməliyyat rəhbərinə hesabat verir.
Namizədlərdən CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İngilis dili tədrisi üzrə metodist müəllim” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Oxşar vakansiyalar
EDDE Global
Korporativ Ingilis dili Müəllimi
Maaş: Müsahibə əsasında
28.12.2025
Bakı
130
Family School
General English və IELTS müəllimi
Maaş: Müsahibə əsasında
23.01.2026
Bakı
30
EDDE Global
Kurs üzrə Koordinator
Maaş: Müsahibə əsasında
20.01.2026
Bakı
72
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Math teacher
Maaş: Müsahibə əsasında
12.01.2026
Bakı
74
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Preschool Shadow Teacher (Full-Time)
Maaş: Müsahibə əsasında
09.01.2026
Bakı
91
LANDAU School
Music Teacher
Maaş: Müsahibə əsasında
06.01.2026
Bakı
86