
Barattson
- Əlaqə nömrəsi: +994 70 205 44 92
- E-poçt: office@barattson.com
- Vebsayt: barattson.com
- Ünvan: B.Vahabzadeh, 5, 3rd floor, Baku, Azerbaijan
Şirkət haqqında
Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Təlim xidmətlərimizi dörd fərqli sahəyə ayıra bilərik:
Maliyyə və Mühasibat Uçotu üzrə kvalifikasiya imtahanlarına hazırlıq;
Korporativ/Biznes təlimləri;
Kompüter bacarıqları üzrə təlimlər;
İngilis dilinin tədrisi və standartlaşdırılmış imtahanlara hazırlıq.
Maliyyə və Mühasibat Kvalifikasiyaları arasında biz tələbələri CIMA, CFA, DipIFR (Rus/Eng/Az), CIMA kimi beynəlxalq səviyyədə tanınmış kvalifikasiyaların imtahanlarına hazırlaşdırırıq.
Korporativ/Biznes təlimləri sahəsində biz HR, Satış və Marketinq, Karyera İnkişafı, İnternet Marketinqi, İdarəetmə və Nəzarət, Kiçik Biznesin İdarə Edilməsi və Sahibkarlıq, Təlimçi Təlimi və İş Yeri Əsasları üzrə 120-dən çox müxtəlif təlim təklif edirik.
Dil təlimləri çərçivəsində biz ümumi ingilis dili ilə yanaşı biznes ingilis dilini də öyrədirik və tələbələri IELTS, TOEFL, KET, PET, GMAT, GRE və SAT kimi standartlaşdırılmış imtahanlara hazırlaşdırırıq.
Akkreditasiyalarımız
IELTS İmtahan Mərkəzi
"Barattson" AZ018 nömrəli rəsmi IELTS İmtahan Mərkəzidir. IELTS bütün dünyada hökumətlər, akademik və məşğulluq institutları da daxil olmaqla 9000 təşkilat tərəfindən ingilis dili biliklərinin etibarlı göstəricisi kimi tanınır. IELTS ingilis dilinin əsas ünsiyyət dili olduğu qurumlarda təhsil almaq və ya işləmək istəyən namizədlərin dil qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur.
PEARSON VUE İmtahan Mərkəzi
"Barattson" rəsmi "Pearson Vue" İmtahan Mərkəzidir. "Pearson Vue" bütün dünyada informasiya texnologiyaları, akademik, hökumət və peşəkar imtahan proqramları üzrə kompüter əsaslı imtahanlar təşkil edir.
CIMA GLP
"Barattson" "CIMA"nın Qlobal Öyrənmə Partnyorudur.
KAPLAN International English
"Barattson" "Kaplan International English"in Azərbaycandakı rəsmi təmsilçisidir.
BPP
"Barattson" "BPP Learning Media"ın səlahiyyətli distribyutorudur və yüzlərlə təlim materialını endirimlə təklif edir.