logo

Hüquqşünas

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • Ünvan: Ələsgər Qayıbov 12/22
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: 800 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7642
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 21.08.2024
  • Elanın bitmə tarixi: 20.09.2024
Namizədə tələblər
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;
  • Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək;
  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi;
  • MS Office proqramları biliyi.
İş haqqında məlumat
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
  • Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək; 
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq; 
  • Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək.

 

İş şəraiti:

  • 5 günlük iş rejimi
  • Əmək haqqı: 800 AZN 

 

Müraciət etmək istəyən namizədlər CV-lərini  mail ünvanına mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərsiniz.

Ünvan: Ələsgər Qayıbov 12/22 (Azera Holdinqin həyəti)

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: