logo

Hüquqşünas

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7647
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 21.08.2024
  • Elanın bitmə tarixi: 20.09.2024
Namizədə tələblər
  • Ali hüquq təhsili olmalı. 
  • Korporativ hüquq sahəsi üzrə ən az 3 il iş təcrübəsinə malik olmalı.
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
  • Əmək Qanunvericiliyini yüksək səviyyədə bilməli.
İş haqqında məlumat

Biz Sağlam Ailə MMC olaraq ölkənin ən qabaqcıl Tibb Mərkəzlərindən biriyik və keyfiyyətli, peşəkar xidmətimiz, müasir avadanlıqlarımız, gülərüz və mehriban komandamız ilə seçilirik. Hazırda böyüyən komandamıza peşəkar, məsuliyyətli “Hüquqşünas” axtarışındayıq.

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək və hüquqi təhlil işini icra etmək.
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
  • Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək.
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək.
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək.
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

 

Əlavə məlumat:

  • Əməkhaqqı müsahibə əsasında təyin olunur.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

 

CV-lərinizi e-mail ünvanına "Hüquqşünas" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: