- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 15045
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 08.10.2025
- Elanın bitmə tarixi: 07.11.2025
Namizədə tələblər
- Elektron sxemlərin oxunması və analiz edilməsi;
- Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə;
- Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri haqqında bilik;
- Kompüter MS Office (Excel,Word) proqramları və proqram təminatı üzərində işləmək bacarığı;
- Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
- Problemləri həll etmə bacarığı və detallara diqqətli olmalı;
- Məsuliyyətli, diqqətli, komanda ilə işləmək qabiliyyəti;
- Məxfilik prinsiplərinin qorunması.
İş haqqında məlumat
Elektronçu müəssisənin avadanlıqlarının, elektron qurğuların, nəzarət və darəetmə sistemlərinin fasiləsiz işləməsini təmin edən ixtisaslı mütəxəssisdir. Onun əsas vəzifəsi nasazlıqların vaxtında aşkarlanması, təmiri, profilaktik tədbirlərin görülməsi və yeni sistemlərin düzgün quraşdırılmasıdır.
İş barədə məlumat: (vəzifə öhdəlikləri):
- Quraşdırma: Elektron cihazların, kameraların, sensorların və digər avadanlıqların texniki göstəricilərə uyğun montajı;
- Profilaktika: Avadanlıqların planlı yoxlanışı, təmizlənməsi və sazlanması;
- Diaqnostika: Elektrik və elektron komponentlərdə yaranan nasazlıqların aşkarlanması üçün ölçü cihazlarından istifadə;
- Təmir: Nasaz modulların, dövrə lövhələrinin, naqillərin və digər hissələrin dəyişdirilməsi və bərpası;
- Proqramlaşdırma və Parametrləmə: İntellektual kameralar, nəzarət cihazları və idarəetmə sistemlərinin proqram təminatının yüklənməsi və sazlanması;
- Sınaq və İstismar: Quraşdırılmış avadanlığın test olunması, texniki parametrlərə uyğun işləməsinin yoxlanılması;
- Təhlükəsizlik qaydalarına riayət edərək elektrik və elektron avadanlıqları ilə işləmək;
- İstismar zamanı yaranan nasazlıqları operativ aradan qaldırmaq.
İş Şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək;
- Nahar fasiləsi 13:00-dan-14:00-dək;
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək;
- Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra);
- Korporativ nömrə,danışıq limiti.
QEYD: Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Elektronçu” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
AZFEN MMC
Boru işləri üzrə rəhbər
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
104
PDL World
Construction Manager (Tikinti Meneceri)
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
117
OBA Marketlər Şəbəkəsi
Təmir və texniki xidmət üzrə şöbə müdiri
Maaş: Müsahibə əsasında
09.06.2026
Bakı
139
Qala Group
Tikinti sahəsində Sahə Rəisi
Maaş: Müsahibə əsasında
02.06.2026
Bakı
216
Sea Breeze Resort & Residences
Smetaçı-mühəndis
Maaş: Müsahibə əsasında
24.06.2026
Bakı
11
North West
Sahə elektrik mühəndisi (region)
Maaş: Müsahibə əsasında
17.06.2026
Bakı
81