logo

Smetaçı-mühəndis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 17067
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 24.06.2026
  • Elanın bitmə tarixi: 24.07.2026

Namizədə tələblər

  • Ali təhsil (mühəndislik ixtisası, inşaat mühəndisliyi arzu olunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Bəy namizədlərə üstünlük veriləcəkdir;
  • Rus dili biliyi üstünlük hesab olunur
  • Layihə-smeta işlərinin hazırlanması üzrə normativ-hüquqi sənədləri bilmək;
  • Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi bacarığı;
  • Titul vərəqələrinin hazırlanması, nasazlıqlar cədvəlinin tərtibi və digər texniki sənədlərin hazırlanma qaydalarını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD proqramlarında işləmə bacarığı;
  • Analitik düşüncə, dəqiqlik və operativlik.
İş haqqında məlumat

“Nardaran İnvest” MMC-nin Tikinti Planlama Departamentinin Smeta şöbəsi üçün Smetaçı-mühəndis vakansiyası üzrə namizəd axtarışındayıq.

 

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;
  • Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verdikdə smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq;
  • Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;
  • Obyektlərdə (sahədə) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri əsasında hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi);
  • Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması.

 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: 5 günlük;
  • Koroğlu m/st-dan servis xidməti;
  • Yemək şirkət tərəfindən təmin edilir.

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: