logo

Əlaqə mərkəzi üzrə təmsilçi

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8961
  • Elanın yerləşdirmə tarixi: 20.12.2024
  • Elanın bitmə tarixi: 19.01.2025
Namizədə tələblər
  • Orta və ya ali təhsil
  • MS Office proqramlarını bilmək
  • Azərbaycan və rus dilləri – əla; İngilis dili – kafi
  • Müştəri yönümlük & Komandada işləmə bacarığı
  • Çeviklik.
İş haqqında məlumat

İdarə: Müştəri Əməliyyatları

İş qrafiki: Növbəli

Son müraciət tarixi: 31.12.2024

 

Azerconnect Group NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Azerconnect Group Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərə keyfiyyətin artırılmasına və xərclərin optimallaşdırılmasına imkan verən xidmətlər və həllər təklif edir.

Azerconnect Group şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023 və 2024-cü illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.

 

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
  • Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müraciətinin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş KPİ-lara nail olmaq;
  • Abunəçinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil/çıxan zəngləri idarə etmək;
  • Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək;
  • Şirkətin siyasət və prosedurlarına əməl etmək;
  • Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək.

 

Bizim dəyərlərimiz:
* Müştəriyə xidmət edək: Öncə müştəri
* Birlikdə hərəkət edək: Hər zaman komanda işi
* Etibarlı davranaq: Etibarlı və şəffaf
* Fikrimizi bildirək: Cəsarətli və çağırışçı
* Rəqəmsal düşünək: Yaradıcı və yenilikçi

 

Biz nə təklif edirik? 

* Rəqabətli kompensasiya
* Performans əsasında həvəsləndirici və bonuslar
* Əlavə imtiyazlar
* Performansa əsaslanan mədəniyyət
* Müxtəlif təhsil və inkişaf imkanları
* Karyera inkişaf imkanı
* Hibrid iş imkanı
* Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi
* Innovativ məhsullar və rəqəmsallaşma
* Beynəlxalq təcrübə
* Yüksək bacarığa malik peşəkar komanda
* Kross-funksional əməkdaşlıq
* Təcrübə mübadiləsi



Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: