logo

Daxili nəzarət üzrə Şöbə rəhbəri

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Avrora Sənaye Parkı (Hökməli)
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 15820
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 12.12.2025
  • Elanın bitmə tarixi: 11.01.2026

Namizədə tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda idarəetmə bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hesabatlılıq və proses idarəçiliyi bacarığı;
  • Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;
  • ERP sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür;
  • MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı;
  • FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük sayılır.

 

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);
  • Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi.
İş haqqında məlumat
  • Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
  • Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;
  • Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
  • Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;
  • Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək;
  • Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək.
  • Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;
  • Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
  • Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;
  • Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.

 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli).

 

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə Şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: