
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11143
- Elanın yerləşdirmə tarixi: 05.03.2025
- Elanın bitmə tarixi: 04.04.2025
Namizədə tələblər
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika və digər əlaqəli sahələr üzrə ali təhsil;
- Biznesin / Verilənlərin analitikası, Məlumatların təhlili və işlənməsi, Statistika - yüksək səviyyədə;
- Layihənin idarə olunması, Marketinq, kommunikasiya - yaxşı səviyyədə;
- Korporativ sahədə təcrübə mütləqdir. Satış və Marketinq sahəsində təcrübəyə üstünlük verilir;
- CRM, Biznesin analitikası, Məlumatların təhlili və işlənməsi, Marketinq və ya telekommunikasiya sahəsində proqnozlaşdırma üzrə > 1 illik iş təcrübəsi və ya FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə olması;
- Yüksək MS office bacarıqları;
- R, Phyton və digər statistik alətlər üzrə yüksək bilik əlavə üstünlükdür;
- SAS və/və ya SQL kodlaşdırma dilləri üzrə peşəkarlıq əlavə üstünlükdür.
Position requirements:
- Higher education in Economics, Marketing, Applied Math and Cybernetics or other related fields;
- Business/Data Analytics, Data Science, Statistics – Good;
- Strong Project Management, Communication and Marketing knowledge;
- Experience in corporate area is mandatory. Experience in Sales & Marketing area is preferable;
- 1 year of experience in CRM, Business Analytics, Data Science, Marketing or Forecasting in Telecommunication, FMCG, Financial or other relevant sectors;
- Excellent knowledge of Azerbaijani and English languages;
- Advanced MS office skills;
- Advanced knowledge of Stata, R, Phyton or other statistical tools is an advantage;
- Being fully capable in SAS and/or SQL coding languages is an advantage.
İş haqqında məlumat
Hədəfli marketinq, müştəri dəyərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis
Vakansiya haqqında
Funksiya: Marketinq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.
Hədəfli marketinq, müştəri dəyərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün verilənlərin dəstəklənməsi ilə bağlı təkliflərin verilməsi;
- Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes - halların hazırlanması. Biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılmasını özündə cəmləşdirərək üstünlük verilən həll üçün əsaslandırıcı funksiya rolunu oynayır;
- Marketinqin avtomatlaşdırma aləti vasitəsi ilə istifadənin stimullaşdırılması təşəbbüsləri və artan/çarpaz satış kimi hədəf kampaniyalarının sona çatdırılması;
- Seqmentasiya modeli və əməliyyat yol xəritəsinə uyğun olaraq artan/çarpaz satış proqramlarının yerinə yetirilməsi üçün səyyar komandanın koordinasiyasını dəstəkləmək;
- Abunəçinin saxlanılması, əldə olunan gəlir, istifadə, ARPU (İstifadəçi başına orta gəlir) və s. baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi də daxil olmaqla məsul iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;
- Müştəri dəyərinin idarə olunması və biznes analitikası sahəsində bazar iştirakçılarının dinamikasının, meyllərinin və fəaliyyətlərinin təhlili və onların şirkət üzərində təsirlərinin qiymətləndirilməsi;
- CVM (Müştəri Dəyərinin İdarə edilməsi) bölməsinin əsas fəaliyyətləri ilə əlaqəli bütün proseslərin, məsələn biznesin təhlili prosesinin, seqmentləşdirilmiş təkliflərin müştəri seqmentasiyası üzrə təyinatı prosesinin və hesabat vermə prosesinin avtomatlaşdırılması;
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
- Tələblərin təhlili, maraqlı tərəflərin təhlili, Planlaşdırma və Layihələndirmə, Həllərin Qiymətləndirilməsi, Tətbiqetmənin qiymətləndirilməsi (UAT və performans testi), buraxılışdan sonrakı təhlil və monitorinq daxil olmaqla CVM-in əhatə dairəsi ilə bağlı böyük layihələrin müstəqil şəkildə idarə edilməsi.
Bizim dəyərlərimiz:
- Müştəriyə xidmət edək: Öncə müştəri
- Birlikdə hərəkət edək: Hər zaman komanda işi
- Etibarlı davranaq: Etibarlı və şəffaf
- Fikrimizi bildirək: Cəsarətli və çağırışçı
- Rəqəmsal düşünək: Yaradıcı və yenilikçi
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya
- Performans əsasında həvəsləndirici və bonuslar
- Əlavə imtiyazlar
- Performansa əsaslanan mədəniyyət
- Müxtəlif təhsil və inkişaf imkanları
- Karyera inkişaf imkanı
- Hibrid iş imkanı
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi
- Innovativ məhsullar və rəqəmsallaşma
- Beynəlxalq təcrübə
- Yüksək bacarığa malik peşəkar komanda
- Kross-funksional əməkdaşlıq
- Təcrübə mübadiləsi
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Function: Marketing
Working schedule: 5 days a week, from 09:00 to 18:00. Based on the nature of the work you will be able to work from the office and from home.
Your responsibilities as a CVM Targeted Marketing Specialist:
- Making data supported suggestions in order to adapt Product and Service portfolio of the company for achieving profitable and customer-oriented set of offerings;
- Preparing business cases for justification of undertaking a project or program. Which includes analytical justification of benefit, cost and risk and provides a rationale for the preferred solution;
- End to end execution of targeted campaigns, such as usage stimulation initiatives and up-/cross- selling via marketing automation tool;
- Supporting coordination of outbound team for execution up-sell/cross-sell outbound calling programs according the segmentation model and operational roadmap;
- Preparation of the corresponding reports regarding responsible working areas, including monitoring and evaluation the returns on each campaign (ROI), in terms of subscriber retention, generated revenue, usage, ARPU and etc;
- Analysis dynamics, trends and performance of the market players in Customer Value Management and Business Intelligence areas and assessment of their impact on Company;
- Automation of all processes related to core activities of CVM unit, such as business analysis, customer segmentation assignation of segmented offers and reporting;
- Providing feedbacks regarding improvement of existing systems and processes as well as end to end implementation of positive changes;
- Supporting team during major projects related to CVM scope, including Requirements analysis, Stakeholder analysis, Planning and Design, Solution Evaluation, Implementation evaluation (UAT and Sanity testing) Post-launch analysis and monitoring.
Our values:
- Serve customer: Customer first
- Move together: Always teamwork
- Act reliable: Dependable and transparent
- Speak-Up: Brave and challenging
- Think digital: Creative and clever
What we offer?
- Competitive compensation
- Incentives and bonuses based on performance
- Fringe benefits
- Performance-driven culture
- Diversified learning and development opportunities
- Career growth opportunity
- Hybrid work opportunity
- Unique experience of working in the most dynamic industry
- Innovative products and digitalization
- International experience
- Amazing team of highly skilled professionals
- Cross-functional collaboration
- Experience sharing
Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted.