
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Sığorta: Bəli olunur
- Elan ID: 11267
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 07.03.2025
- Elanın bitmə tarixi: 06.04.2025
Namizədə tələblər
- Marketinq, biznesin idarə edilməsi və ya əlaqədar sahədə ali təhsil
- Marketinq və məhsul inkişafı üzrə X il iş təcrübəsi
- Komanda idarəetmə və liderlik bacarıqları
- Digital marketinq və PR sahəsində biliklər
- Analitik düşüncə və kreativ yanaşma qabiliyyəti
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı
İş haqqında məlumat
- Bazarın təhlili və mövcud rəqabət mühitinin analizi
- Şirkətin sosial media hesablarına və veb saytlarına nəzarət edərək yeniliklərin tətbiqi
- Sosial şəbəkələrdə PR strategiyasının hazırlanması və sosial səhifələrin inkişaf etdirilməsi
- Tədbirlər planının hazırlanması və icrası
- Şirkətin və təqdim etdiyi xidmətlərin tanıdılması üçün yeni ideyaların irəli sürülməsi
- Şirkətin maraqlarına uyğun yeni məhsul növlərinin müəyyən edilməsi
- Yeni məhsulların inkişafı üzrə tədbirlər planının hazırlanması və icrası
- İllik marketinq büdcəsinin təyin edilməsi və onun optimallaşdırılması üçün qiymət təkliflərinin alınması
- Reklam və promo məhsulların ehtiyaclarının müəyyən edilməsi və sifarişlərin icrası
- Trendlərə uyğun yeni kampaniyaların keçirilməsi
- Şirkətə əlavə dəyər yaradacaq xidmət təkmilləşdirmə təkliflərinin hazırlanması
- Digər struktur şöbələrlə aktiv kommunikasiya quraraq dəstək göstərilməsi
- Müştəri məmnuniyyətini artırmaq üçün sorğuların aidiyyəti şöbələrə yönləndirilməsi və icrasının təmin edilməsi
- Marketinq istiqamətində B2B və B2C əməkdaşlıq təkliflərinin hazırlanması və icrası
- Terminal interface testlərinin və yeniliklərinin icrasının təmin edilməsi
- Korporativ tədbirlərin təşkili və idarə olunması
- Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabatların təqdim edilməsi
- Yeni məhsullar və ümumi marketinq fəaliyyəti ilə bağlı digər məsələlərdə aktiv iştirak edilməsi
İş şəraiti:
- Ofis daxili
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00)
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi
- Əmək haqqının 15 gündən bir ödənilməsi
- Tibbi sığorta təminatının verilməsi
- Nahar yeməyinin təmin olunması
- Birlikdə istirahət tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi elektron poçt ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Marketinq və məhsulların inkişafı üzrə qrup rəhbəri” yazılmalıdır.