logo

Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi (gecə növbəsi)

  • Kateqoriya: Xidmət
  • Şəhər: Bakı
  • Ünvan: Begoc Biznes Mərkəzi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Növbəli
  • Elan ID: 11977
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 04.04.2025
  • Elanın bitmə tarixi: 04.05.2025

Namizədə tələblər

  • Təhsil: Ali təhsil (tibb təhsili arzuolunandır);
  • Təcrübə: Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (ali tibb təhsili olduqda təcrübə tələb olunmur);
  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik;
  • Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür).
İş haqqında məlumat
  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
  • Müraciət vərəqinin hazırlanması.

 

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

 

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi;
  • İş vaxtı: 00:00-09:00 (istirahət günləri çərşənbə - cümə axşamı); 
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi.

 

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi;
  • Müsahibə.

 

Müraciət qaydası:

  • CV-lərinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: