logo

Baş/Aparıcı Backend Proqramçı

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7129
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 28.06.2024
  • Elanın bitmə tarixi: 28.07.2024
Namizədə tələblər
  • 3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi;
  • Java və OOP dizayn prinsipləri bilikləri;
  • Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi;
  • RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi;
  • Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi; 
  • Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı;
  • Oracle verilənlər bazası ilə iş təcrübəsi;
  • Design patterns ilə iş təcrübəsi;
  • Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı.
İş haqqında məlumat
  • Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi;
  • Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi;
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir; 
  • İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq  qurub və həyata keçirir;
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
  • Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
  • Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın şöbə müdirini məlumatlandırır;
  • Şöbə müdirin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;
  • Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: