logo

Baş mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Nəsimi rayonu;
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11158
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 05.03.2025
  • Elanın bitmə tarixi: 04.04.2025

Namizədə tələblər

  • Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • Peşəkar mühasib sertifikatı mütləqdir;
  • Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək təcrübəyə malik olmaq;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.
İş haqqında məlumat
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
  • Aylıq Mənfəət hesabatını yoxlamaq, Maliyyə direktoruna təqdim etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək;
  • Dövriyyə qalıq cədvəlini hesablar üzrə yoxlamaq, uyğun sənədlərlə üzləşdirilmək.

 

 İş yeri: 

  • İş yeri: Bakı şəh, Nəsimi rayonu;
  • Əmək haqqı: Təcrübə və bacarıqlara görə müsahibə əsasında təyin ediləcək.

 

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerinə "Baş mühasib" yazmaqla e-mail ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: