logo

Mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 900 - 1200 AZN
  • Təhsil: Bakalavr
  • Yaş: 22 - 30
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 11291
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 10.03.2025
  • Elanın bitmə tarixi: 09.04.2025

Namizədə tələblər

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
  • Mühasib kimi 1 ildən çox iş təcrübəsi;
  • 22 – 30 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
  • Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
  • Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan məlumatlı olmaq;
  • Dürüst, çalışqan, məsuliyyətli olmalı; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
  • Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları.
İş haqqında məlumat
  • Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və ayın bağlanması;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin yoxlanılması, təsdiqə göndərilməsi və reysterinin aparılması;
  • Alınan malların anbara mədaxil edilməsinin yoxlanılması, görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi;
  • Tədarükçülərlə mütəmadi olaraq üzləşmələrin aparılması;
  • Xammal anbarına daxil olan xammalları tərəzi qəbzləri ilə yoxlamaq və proqram təminatına daxil etmək;
  • Mal-material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric sənədlərinin müntəzəm olaraq tələb edilməsi və düzgün tərtib olunmasına nəzarət etmək;
  • Hesabat ayı bitdikdən sonra 3 gün müddətində mal-material, hazır məhsul və yanacaq anbarı üzrə təsdiq edilmiş hesabatların verilməsini tələb etmək;
  • Kreditorlardan alışlar üzrə əməliyyatların proqram təminatına işlənilməsi;
  • Mal-materialların idxalı və hazır məhsulların ixracı üzrə əməliyyatların proqram təminatına işlənilməsi (əlavə xərclər daxil olmaqla);
  • Kassa ilə bağlı əməliyyatların (mədaxil, məxaric, sənədləşmə) icra edilməsi;
  • Ay bağlantısı ilə bağlı əməliyyatların icra edilməsinə dəstək olmaq;
  • Maliyyə departamaentinin direktoru və Baş mühasib tərəfindən verilən digər tapşırıqları icra etmək.

 

İş barədə məlumat:

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
  • Əmək haqqı təcrübədən asılı olaraq  900-1200 AZN olacaqdır.  
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • İş rejimi: 5 günlük

 

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron ünvanına göndərməlidirlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: