logo

Baş Mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Əhməd Rəcəbli 3/10
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10490
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 14.02.2025
  • Elanın bitmə tarixi: 16.03.2025

Namizədə tələblər

  • Ali təhsil (iqtisadiyyat/maliyyə);
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
  • MS Office və ERP proqramlarından istifadə etmək bacarığı;
  • Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı;
  • Vergi və əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
  • Peşəkar mühasib sertifikatına (PMS) malik olması mütləqdir.
İş haqqında məlumat
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;  
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək 
  • Aylıq Mənfəət hesabatını yoxlamaq, direktora təqdim etmək 
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir;
  • Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
  • Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
  • Müəssisənin maliyyə cədvəllərini hazırlanmasını, mühasibat uçotunun qüvvədə olan qanunvericiliklərə uyğun aparılmasının əsas və üsullarının müəyyənləşdirilməsini, müvafiq mühasibat uçotunun düzgün və şəffaf şəkildə aparılmasını, aparılan ödənişlərin və digər sənədlərin qeydiyyat və köçürülməsinin həyata keçirilməsini, ödənişlərin təsdiqinin icra edilməsini təşkil edir;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan respublikasının Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən, günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların təqdim edilməsində yaxından iştirak edir;
  • Departamentin digər şöbələri ilə fəaliyyətini koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir;
  • Şöbə işçilərinin işinə müntəzəm nəzarəti həyata keçirir;
  • Şöbə işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının təmin edilməsi üzrə tədbirlər görür;
  • Şöbə əməkdaşlarının əməyinin qiymətləndirilməsi və motivasiyasını həyata keçirir.

 

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət;
  • İş saatları: 09:00-18:00;  
  • İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 3/10; 
  • Şəxsin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Rəqabətə davamlı əmək haqqı. 

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: