logo

Bakı filiallarının Müştəri xidməti şöbəsinin mütəxəssisi

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Magistratura
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11019
  • Elanın yerləşdirmə tarixi: 28.02.2025
  • Elanın bitmə tarixi: 30.03.2025

Namizədə tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
  • Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.
İş haqqında məlumat
  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
  • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
  • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
  • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
  • Kredit sənədlərinin tərtibi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: