
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti
- İş təcrübəsi: 3-5 il
- Maaş: 2000 AZN
- Təhsil: Bakalavr
- Yaş: 30 - 45
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 11111
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 04.03.2025
- Elanın bitmə tarixi: 03.04.2025
Namizədə tələblər
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- Yaş həddi: 30-45 yaş;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi.
İş haqqında məlumat
- Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;
- Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;
- Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;
- 1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;
- Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;
- 1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;
- Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir.
Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti.
Digər məlumatlar:
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə ilə təminat;
- Əmək haqqı: 2000 AZN.
CV-lər “Aparıcı Mühasib” qeyd olunmaqla email ünvanına göndərilməlidir.
Oxşar vakansiyalar

Avrora
Büdcə və Hesabatlılıq üzrə Aparıcı Mütəxəssis
Maaş: Müsahibə əsasında
12.03.2025
Bakı
5

MJ Financial Services BOKT ASC
Kiçik mühasib/Mühasib
Maaş: 500 - 600 AZN
10.03.2025
Bakı
51

BESAN MMC
Mühasib
Maaş: Müsahibə əsasında
10.03.2025
Bakı
33

AAC MMC
Mühasib
Maaş: 900 - 1200 AZN
10.03.2025
Bakı
28

MPAY QSC
Mühasib
Maaş: Müsahibə əsasında
07.03.2025
Bakı
91
G
Gemza Group
Mühasib
Maaş: Müsahibə əsasında
07.03.2025
Bakı
62