logo

1C platforması üzrə Proqramçı

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16162
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.01.2026
  • Elanın bitmə tarixi: 16.02.2026

Namizədə tələblər

  • Ali təhsil;
  • 1C ERP sistemləri və uyğun sahədə 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilləri - sərbəst.

 

Peşəkar bacarıqlar:

  • 1C:8.3 və yeni versiyalarda sərbəst admin bacarığı;
  • 1C proqramlaşdırma və sistem inkişafı;
  • 1C konfiqurasiya obyektləri, proqramlaşdırma modulu, sorğular, reestrlər və s. üzrə əlaqələrin qurulması bacarığı;
  • 1C ERP konfiqurasiyalarının müxtəlif sahələr üzrə fərdiləşdirilməsi və optimallaşdırılması bacarığı;
  • ERP, CRM, maliyyə sistemləri kimi iri həcmli layihələrdə iştirak;
  • REST, SOAP, XML, JSON və digər müasir API-lərlə işləmə və inteqrasiya bacarığı;
  • Postgre SQL, MS SQL və digər verilənlər bazası sistemləri ilə işləmək və optimallaşdırmaq;
  • DLL, COM-obyektlər və digər xarici kitabxanalarla işləməklə 1C xarici komponentlərinin yaradılması və istifadəsi;
  • 1C Professional, 1C Specialist, 1C Expert sertifikatları(üstünlük);
  • Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
  • İşləri planlama, prioritetləşdirmə;
  • Kommunikasiya;
  • Öyrənmək.
İş haqqında məlumat
  • Müxtəlif müştəri bazaları üçün URC tərəfindən tətbiq olunmuş 1C ERP sistemlərinin inkişafı, optimallaşdırılması, yeni funksionallıqların hazırlanması və tətbiqi üçün təkliflər hazırlamaq;
  • 1C ERP sistemlərdə ortaya çıxan problemlərin həlli və performansı artırmaq;
  • Müxtəlif xarici e-sistemlər (banklar, hökumət portalları, veb-saytlar və s.) ilə 1C-nin inteqrasiyasının təmin etmək;
  • API-ları hazırlayıb digər proqramlarla uyğunlaşdırmaq;
  • Layihələrin texniki sənədlərinin kod yazılımını hazırlamaq, yeniləmək və saxlanmasını təmin etmək;
  • 1C ERP sistemləri test edərək ortaya çıxan xətaları aradan qaldırmaq.

 

İş şərtləri:

  • İş yeri: Şirkətin ofisi;
  • İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
  • Rəqabətli əmək haqqı, vəzifə və əmək haqqı artımı imkanları;
  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

 

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: