logo

Middle iOS Developer

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16423
  • Elanın yerləşdirmə tarixi: 18.02.2026
  • Elanın bitmə tarixi: 20.03.2026

Namizədə tələblər

Hard bacarıqlar:

  • SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması bilikləri; 
  • Swift proqramlaşdırma dili üzrə praktik təcrübə;
  • Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi;
  • Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər;
  • Test yazma və test yönümlü inkişaf (TDD anlayışı üstünlükdür);
  • Kod keyfiyyətinə və performansa diqqət.

 

Soft bacarıqlar:

  • Komanda daxili ünsiyyət; 
  • Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı;
  • Məsuliyyət və Ownership - Üzərinə götürdüyü task-ların sonuna qədər icrası, yaranan problemlərə həll yönümlü yanaşma;
  • Code Review mədəniyyəti - Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı;
  • Zamanın idarə olunması - Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət;
  • Öyrənməyə açıqlıq - Yeni texnologiyaları və iOS ekosistemindəki yenilikləri izləmək, biliklərini davamlı inkişaf etdirmək istəyi;
  • Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi. (2+ arzuolunandır);
  • Təhsil: Ali.

 

Dil bilikləri:

  • Azərbaycan dili - səlis;
  • İngilis dili – yaxşı.

 

Üstünlük veriləcək bacarıqlar:

  • MVVM və ya digər arxitekturalarla iş təcrübəsi;
  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür);
  • App Store-a tətbiq yükləmə və release proseslərində iştirak.
İş haqqında məlumat

Departament: Rəqəmsal Həllər/ Proqramlaşdırma şöbəsi/ Mobil həllər bölməsi

 

Vəzifə öhdəlikləri:

  • Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
  • SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;  
  • Combine və Swift Concurrency istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması;  
  • Texniki tapşırıqlara (Jira ticket-lərinə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası;
  • Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması;
  • Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi;
  • Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi;
  • GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak;
  • Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak;
  • Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası;
  • Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak;
  • Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi;
  • Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması;
  • Texniki sənədlərin oxunması və lazım gəldikdə daxili texniki dokumentasiyanın hazırlanması.

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: