logo

Assistant General Manager

  • Категория: Xidmət
  • Город: Bakı
  • Опыт работы: 3-5 il
  • Зарплата: На основе интервью
  • Режим работы: Tam-ştat
  • ID: 12308
  • Эл. Почта: [email protected]
  • Дата публикации объявления: 10.04.2025
  • Дата окончания объявления: 10.05.2025

Требования к кандидату

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Komandaya rəhbərlik etmək, idarə etmək və motivasiya etmək bacarığı;
  • Yüksək ünsiyyaət qabiliyyəti;
  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarından istifadə bacarığı;
  • Rus və İngiliş dilində danışıq qabiliyyəti.
Информация о работе
  • Restoran işçilərinin iş qrafiklərini idarə etmək və işçi heyəti arasında iş bölgüsünü həyata keçirmək,
  • Restoranın gündəlik fəaliyyətinə və komandanın işinin nəticələrinə nəzarət etmək, işçilərin fəaliyyətini idarə etmək və istiqamətləndirmək,
  • Xidmət standartlarının düzgün tətbiqinə nəzarətin təmin olunması,
  • Yeni işçilərin işə qəbul komissiyalarında iştirak etmək,
  • İşçilərin lazımi təchizat, avadanlıq və uniforma ilə təmin olunmasını təşkil etmək,
  • İşçilər üçün təlim planlarının müəyyən olunması və plana uyğun təlimlərin təşkil olunması,
  • İnventarın idarə edilməsi və maliyyə hesabatlarının analiz olunması proseslərində Restoran menecerinə dəstək göstərmək,
  • Nağd pul əməliyyatlarının, satış və xərclərin dəqiq uçotunun aparılması,
  • Gəlirləri optimallaşdırmaq üçün menyu hazırlanması və qiymət strategiyasının müəyyən olunması kimi proseslərdə iştirak etmək,
  • Komandanı ruhunu gücləndirmək, onları həvəsləndirmək, idarə etmək və onların performansını qiymətləndirmək istiqamətində Restoran menecerinə dəstək göstərmək,
  • Məhsulun keyfiyyəti və xidmət səviyyəsi haqqında rəy əldə etmək üçün qonaqlarla əks əlaqə qurmaq, məmnuniyyətin ölçülməsi,
  • Təchizatçılarla görüşlərin təşkili, onlardan alınan təkliflərin analiz edilməsi və əldə olunan nəticələri Restoran meneceri ilə paylaşmaq,
  • Qonaqlardan gələn şikayətlərinin çevik və peşəkar şəkildə həll olunması,
  • Yeni işçiləri restoran standartları və daxili-nizam intizam qaydaları ilə tanış etmək, onların adaptasiya prosesinin idarə olunması,
  • Müştəri axınının düzgün koordinasiyası və gözləmə vaxtlarının minimuma endirilməsi üçün rezervasiyaların və masa bölgüsünün effektiv şəkildə idarə olunması,
  • Qida sağlamlığı və təhlükəsizliyi qaydalarına, HACCP standartlarına riayət olunmasını təmin etmək üçün qidaların hazırlanması, təqdim edilməsi və saxlanması qaydalarına nəzarət etmək,
  • Gigiyena və sanitariya standartlarına riayət olunmasını təmin etmək üçün müntəzəm yoxlamaların həyata keçirilməsi,
  • Restoranın açılması və bağlanması proseslərində iştirak etmək, proseslərin düzgün idarə olunması, müşahidə olunan bütün nöqsanlarla bağlı məlumatın Restoran meneceri ilə paylaşmaq.

 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. E-mail göndərilərkən mövzu hissəsində “Assistant General Manager” qeyd olunmalıdır. Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?