S

Anbardar (tikinti sahəsində)

  • Категория: Xidmət
  • Город: Bakı
  • Адрес: Sea Breeze Resort
  • Опыт работы: 3-5 il
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • ID: 12642
  • Эл. Почта: [email protected]
  • Контактный номер: +994 10 234 51 70
  • Дата публикации объявления: 17.04.2025
  • Дата окончания объявления: 17.05.2025

Требования к кандидату

  • Tikinti sahəsi üzrə ali təhsil;
  • Tikinti sahəsində anbardar vəzifəsində minimum 3-5 il iş təcrübəsi; 
  • Azərbaycan və rus dillərini bilmək mütləqdir;
  • 1C və MS Office proqramlarını bilməli;
  • Yaş həddi yoxdur;
  • Analitik düşünmə qabiliyyəti.
Информация о работе
  • Anbardarın əsas öhdəliyi  daxil olan mal -materialların təhlükəsizlik qaydalarına, saxlanılma rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsindən ibarətdir. 
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
  • Anbarda mal və materialların müvafiq sistem, ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal Mühasibat Uçotu və Hesabatlar Sektorunu məlumatlandırır; 
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət edir;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
  • Mal-materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
  • Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı birbaşa rəhbərinə məlumat təqdim edir;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarını aparır;
  • Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin edir, saxlanılması, sərfiyyatına nəzarəti təmin edir və sərfiyyata dair hesabat verir;
  • Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
  • İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Şöbənin digər struktur  bölmələrinin işində dəstək olur;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

 

İş barədə məlumatlar: 

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatı: 09:00-18:00-dək; 
  • İş yeri: Sea Breeze Resort;
  • Əmək haqqı: bilik və iş təcrübəsindən asılı olaraq müsahibə əsasında danışılacaqdır. 

 

Maraqlananlar CV-lərini mövzu hissəsində “Anbardar” qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilər. 

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?