Təchizat Departamenti – Müqavilələrin təhlili və tərtibatı şöbəsi | Aparıcı mütəxəssis
- Category: İnzibati
- City: Bakı
- Work experience: 3-5 il
- Salary: Based on the interview
- Education: Bakalavr
- Working mode: Tam-ştat
- ID: 16647
- The posting date of the ad: 19.03.2026
- Ad end date: 18.04.2026
Candidate requirements
- Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr/magistr dərəcəsi;
- Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi;
- Dövlət satınalmaları və ya korporativ satınalma prosedurları üzrə təcrübə üstünlükdür;
- Satınalma və təchizat prosedurları, tender prosesləri barədə bilik;
- Təchizat, satınalma və ya müqavilələrin idarə olunması sahəsində əlavə sertifikatlar arzuolunandır;
- Mülki və müqavilə hüququnun əsaslarını bilmək;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Etik davranış və məxfilik prinsiplərinə riayət;
- Dil bilikləri: rus və ingilis dili mütləqdir.
Job information
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Təchizat Departamentinin Müqavilələrin Təhlili və Tərtibatı şöbəsinə Aparıcı mütəxəssis axtarırıq!
Namizəd satınalma proseslərinin idarə olunması, müqavilə şərtlərinin təhlili və hüquqi sənədlərlə işləmə sahəsində aparıcı rol oynayacaq.
Sizi hansı öhdəliklər gözləyir?
- Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət;
- Müqavilə şərtlərinin qiymətləndirilməsi və hüquqi risklərin təhlili;
- Korporativ hüquq və normativ aktlarla işləmə;
- Rəsmi yazışmaların və təqdimatların hazırlanması;
- Proseslərin planlaşdırılması və icrasına nəzarət;
- Komanda ilə əməkdaşlıq və təşəbbüskarlıq nümayiş etdirmək;
- ERP sistemləri və Microsoft Office proqramlarında sərbəst işləmə.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5429) müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Similar vacancies
Xalq Sığorta
Müştəri şikayətləri üzrə baş mütəxəssis
Salary: Based on the interview
01.04.2026
Bakı
23
Business Insight International Research Group
Loyallıq üzrə rəqəmsal layihə koordinatoru
Salary: Based on the interview
31.03.2026
Bakı
30
PASHA Insurance
Baş Məlumat elmi üzrə mütəxəssis
Salary: Based on the interview
31.03.2026
Bakı
34
Claus Marsh
Aptek üzrə Satış Nəzarətçi
Salary: 700 AZN
31.03.2026
Bakı
40
One Touch Trade & Logistics
Операционист
Salary: Based on the interview
23.03.2026
Bakı
80
Superfon
Distribyusiya koordinatoru
Salary: Based on the interview
19.03.2026
Bakı
99