Namizədə tələblər
· 1C, Word, Excel proqramlarını bilməli;
· Elektron Maliyyə proqramlarını işlətmə bacarığı;
· İşində ciddi və məsuliyyətli olmalı;
· Planlaşdırma və analiz bacarığı;
· Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İş haqqında məlumat
· Müəssisənin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunmasını təşkil edir;
· Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazirlanmasinda yaxindan istirak etmək;
· 1C proqram təminatı üzərindən maliyyə üzrə əməliyyatları istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsində iştirak etmək;
· Perspektiv ve cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsində iştirak etmək
· Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi
· Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatin doğruluğunu təmin etmək
· Gündəlik əməliyyatlar haqqında mütəmadi struktur rəhbərinə məlumat təqdim etmək.
Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək və struktur rəhbərinin verdiyi tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək.
· İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)