Namizədə tələblər
- Səlis danışıq qabiliyyəti olmalı
- Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır
- Ünsiyyətcil və gülərüz olmalıdır
- Satış sahəsində 1-3 il təcrübəsi olmalı
- Riyazi biliklər olmalıdır
- Ali Təhsilin olması üstünlükdür
- Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
İş haqqında məlumat
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
HORECA qoluna tələb olunur
Ehtiyat dövrünü uğurla keçən əməkdaşlarda vəzifə və əmək haqqı artımı olunur.
İş yeri - Bakı ərazisi
İş qrafiki - həftənin 6 günü