
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Orta təhsil
- İş rejimi: Tam-ştat
- Elan ID: 11160
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 05.03.2025
- Elanın bitmə tarixi: 04.04.2025
Namizədə tələblər
- Təhsil: Orta təhsil, Ali təhsil arzuolunandır
- İş təcrübəsi: 1-3 ilə kimi
- Xarici dillər: Azərbaycan dili əla, Ingilis dili orta, Rus dili orta
- Komputer bacarıqları: Kompüter texnikası üzrə əsas biliklər
Davranış bacarıqları
- Dəqiqlik
- Komandada işləmə bacarığı
- Güclü iş etikası
- Ünsiyyətcillik, çeviklik
- Vaxtın idarə edilməsi
İş haqqında məlumat
- Baş təmir mühəndisinin verdiyi tapşırıqları icra etmək.
- Masa Dəstəyinə daxil olan sorğuları dəstəkləmək, kontrol etmək, tamamlamaq, yaxud daha üst səviyyəyə ötürmək, bundan əlavə ümumi sorğuları nəzərdən keçirmək və işin gedişatı barədə gündəlik hesabatlar vermək.
- Son istifadəçinin aparat/proqram təminatı problemləri, eləcə də ümumi texnologiyalar üçün təhlil etmək, diaqnostika etmək və düzəldici həlləri həyata keçirmək. İdentifikasiya və İdarəetməyə girişin sistemləri və həllərinə yardım etmək.
- Daxili və xarici müştərilərlə işləmək, onlara yerində və ya kənardan texniki dəstək göstərmək.
- Mütəmadi sistemə dəstək və təhlükəsizliyini təmin etməklə müştərilərin giriş və çıxış prosedurlarını müşahidə etmək.
- İnfrastruktur Komandasının yükləmələrinin, tənzimləmələrinin, təmir və standart proseslərinin sənədləşdirilməsi.
- Müştəri və kompaniyanın kompüterlərinə təmir və texniki xidmətin göstərilməsi.
- Proqram təminatı və yenilənmələr ilə əlaqəli təmir və texniki xidmətin göstərilməsi.
- Zəmanətli hissələrlə əlaqədar istehsalçı ilə işləmə.
- Müvafiq hallarda sistem komponentlərinin hissə təchizatçılarından alınması.
- Kompüter avadanlıqlarının, ehtiyat hissələrinin və müvafiq İT-ofis avadanlıqlarının inventarlaşdırılması.
- Proqram təminatı və avadanlıqla işləmək üçün müştərilərin təlimatlandırılması.
- İstənilən yenilənmə, dəyişiklik, avadanlığın təmir statusları və s. barədə müştəriləri məlumatlandırmaq.
- Müştərilərlə email, telefon, SMS, canlı çat və s. ilə əlaqə saxlamaq.
- Əlaqə vasitələrindən asılı olmayaraq, bizim müştərilərin və bizim komandanın istənilən yenilənmə, dəyişiklik, avadanlığın təmirinin statusları və s. barədə məlumatlandırılmasına əmin olmaq.
- Kompüterlərin çatdırılması, qablaşdırmanın açılması, avadanlığın rəfə quraşdırılması və s. bu kimi işlərin görülməsi, mütəmadi olaraq 10 kq-ya qədər çəkini qaldırmaq üçün kifayət qədər fiziki formada olmaq labüddür.
- İmkanı daxilində digər əlaqəli tələbləri də yerinə yetirməli.
Əlavə qeyd: Bakı və onun ətrafında müxtəlif müştəri ünvanlarına avtomobillə getmək imkanı.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq.
Başlıq: maraqlanan namizədlər cv-ləri “Zəmanətli komputerlərin təmiri üzrə kiçik mühəndis” başlığı altında göndərə bilərlər