logo

Yük avtomobili sürücüsü (kran operatoru)

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • Ünvan: Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16789
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 20.04.2026
  • Elanın bitmə tarixi: 20.05.2026

Namizədə tələblər

  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin istismarı üzrə təlimatlara, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Sürücülük vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • B, C  kateqoriyaları üzrə sürücülük vəsiqəsi;
  • Kranla istifadəyə uyğun sertifikat;
  • Şəhər ərazilərində yaşaması üstünlükdür.
İş haqqında məlumat

Hazırda şirkətimizə Yük avtomobili sürücüsü (kran operatoru) vakansiyası üzrə namizəd axtarılır.


İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1

 

Vəzifə və Öhdəliklər:

  • Nəqliyyat vasitəsinin istehsalçı müəssisəsi tərəfindən müəyyən olunmuş  istifadə qaydalarına riayət etməli;
  • Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə təmir məntəqəsinə aparmalı və təmir olunduqdan sonra istifadə etməli;
  • Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idarə olunması (yanacaq daşıyan və kran səbət avtomobilinin idarə olunması);
  • Müvafiq icra hakimiyyəti orqanından tələb olunan təhsilin və icazə sertifikatının olması;
  • Nəqliyyat vasitəsini istifadə etdiyi zaman avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli;
  • Yüklərin lazımi məntəqəyə çatdırılmasını zamanında təmin etməli;
  • Avtomobilin lazımi mayelərlə (yanacaq, yağ, antifriz və s.) vaxtlı-vaxtında təmin olunmasına nəzarət etməli;
  • Nəqliyyat vasitəsinin istifadədən öncə müəyyən olunan qaydada yoxlanılması;
  • Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirməli, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, nəqliyyat vasitəsi təmir olunmamış yola çıxmamalı;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.

 

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: