
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 14031
- E-poçt: hr@tabia.az
- Elanın yerləşdirmə tarixi: 24.06.2025
- Elanın bitmə tarixi: 24.07.2025
Namizədə tələblər
- Akkreditə olunmuş universitetdən və ya alternativ təhsil müəssisəsindən Yoqa instruktoru və ya məşqçisi sahəsi üzrə təhsil
- Minimum 2 il yoqa tədrisi təcrübəsi; klinik, terapevtik və ya sağlamlıq mərkəzi mühitində təcrübə üstünlükdür.
- Anatomiya, fiziologiya və ümumi tibbi vəziyyətlər (məsələn: xroniki ağrılar, əməliyyatdan sonra bərpa, anksiyete, ürək-damar xəstəlikləri) haqqında bilik.
- Güclü ünsiyyət, empatiya və insanlarla işləmək bacarığı.
- Müxtəlif sahələr üzrə sağlamlıq komandası ilə əməkdaşlıq edə bilmək
- Yoqa terapiyası, travma-yönümlü yoqa və ya inteqrativ sağlamlıq sahəsində əlavə təhsil və ya sertifikat.
- Meditasiya, Ayurveda və ya nəfəs texnikaları kimi digər holistik yanaşmalar haqqında bilik
- Müxtəlif yaş qrupları və əhali ilə işləmək təcrübəsi.
İş haqqında məlumat
Bütüncül yanaşmaya malik Yenee tibbi sağlamlıq layihəsində fəaliyyət göstərən multidisiplinar komandamızın bacarıqlı üzvü - Yoqa Təlimçisi, fərdi müalicə planları ilə uyğunlaşdırılmış şəkildə, fiziki reabilitasiya, stressin idarə olunması və ümumi rifahı dəstəkləyən terapevtik yoqa məşqlərini tədris edəcək.
Əsas Vəzifələr:
- Yoqa təcrübələrini iştirakçıların müalicə məqsədləri ilə uyğunlaşdırmaq üçün həkimlər, fizioterapevtlər və digər sağlamlıq mütəxəssisləri ilə əməkdaşlıq etmək.
- Qrup dərsləri və lazım gələrsə, göstəriş əsasında, Yenee proyektinin həkim - koordinatiru ilə razılaşdırılmaqla, fərdi seanslar keçirmək; diqqət, hərəkətlilik, nəfəs məşqləri (pranayama) və bərpaedici təcrübələrə fokuslanmaq.
- Yoqanın fiziki və zehni sağlamlığa faydaları haqqında iştirakçıları maarifləndirmək.
- İştirakçıların sağlamlıq vəziyyətlərini izləmək və təlimləri uyğunlaşdırmaq.
- Zərurət olduqda sağlamlıq seminarları, təlimlər və maarifləndirici tədbirlərdə iştirak etmək.
- Sakit, dəstəkləyici və peşəkar bir mühitin təmin olunmasına töhfə vermək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.
Oxşar vakansiyalar

PASHA Travel
Migration Specialist
Maaş: Müsahibə əsasında
14.07.2025
Bakı
15

Pickvisa.az
Tur Meneceri
Maaş: 1000 - 1500 AZN
14.07.2025
Bakı
20
F
Flame Towers
Front Office Agent
Maaş: Müsahibə əsasında
03.07.2025
Bakı
55

CÀSÀ Culinary Arts School of Azerbaijan
Waiter / Waitress
Maaş: 600 AZN
17.06.2025
Bakı
76

AGA Group
Kuryer
Maaş: 550 AZN
07.07.2025
Bakı
59

Amoris
Soyuducu anbar rəhbəri köməkçisi (Qusar)
Maaş: Müsahibə əsasında
08.07.2025
Qusar
48